Ziya Quliyev

Ziya Quliyev (29 iyul 1973, Yeni Daşkənd, Bərdə rayonugüm. 2 aprel 1993, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Ziya Quliyev
Ziya Yelmar оğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi29 iyul 1973(1973-07-29)
Doğum yeri
Vəfat tarixigüm. 2 aprel 1993(1993-04-02) (19 yaşında)
Vəfat yeri
MilliyyətiAzərbaycanlı
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
Döyüşlər

Həyatı

Ziya Quliyev 29 iyul 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulub. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində təhsil alıb.[3]

Bərdə RHK-ya müraciət edərək Milli Orduya könüllü getmişdir. N saylı hərbi hissənin atıcısı olmuşdur. İki aylıq təlimlərdən sonra döyüşlərdə iştirak etməyə başlamışdır. Laçın, Kəlbəcər bölgələrində, Qamışlı-Yanşaq istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sıravi əsgər Ziya Quliyev 2 aprel 1993-cü ildə Kəlbəcər rayonunda bud nahiyəsindən ağır yaralanmış, döyüş bölgəsindən çıxa bilməmiş və şəhid olmuşdur. Şəhidin meyitini götürmək mümkün olmamışdır. Məzarının yeri məlum deyil.[4]

Subay idi.

EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Ziya Quliyevin həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.

İstinadlar