Ziyafət Balıyev

hərbçi, polis

Ziyafət Balıyev (7 iyul 1965, Yeni Daşkənd, Bərdə rayonu13 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycan Daxili Qoşunlarının baş çavuşu, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Ziyafət Balıyev
Ziyafət Qurban oğlu Balıyev
Şəxsi məlumatlar
Doğum tarixi7 iyul 1965(1965-07-07)
Doğum yeri
Vəfat tarixi13 sentyabr 1992(1992-09-13) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
RütbəsiBaş çavuş
Təltifləri"Hərbi xidmətlərə görə" medalı

Həyatı

Ziyafət Balıyev 7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1983–1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsilə hərbi xidmətdə olmuşdur.[1]

1985–1990-cı illərdə Bərdə rayon 4 saylı ƏNG-da sürücü işləmişdir.

1990–1992-ci illərdə Bərdə rayon DİŞ-də polis baş serjantı olmuşdur. 24 mart 1991-ci ildə PPX taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv etmişdir.

13 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Məzarı Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığındadır.

Ziyafət Balıyev ölümündən sonra 15 yanvar 1995-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.[2]

Həmçinin bax

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər