Admiralti adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Admiralti adası
ing. Admiralty Island
Ümumi məlumatlar
Sahəsi4264 km²
Uzunluğu
  • 144.840,96 m
Eni56.327,04 m
Hündür nöqtəsi1417[1]
Əhalisi650 nəfər (2000-ci il)
Yerləşməsi
57°40′ şm. e. 134°20′ q. u.
Ölkələr
Arxipelaq
Akvatoriya
Admiralti adası xəritədə
Admiralti adası
Admiralti adası
Admiralti adası xəritədə
Admiralti adası
Admiralti adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.

Coğrafiyamənbəni redaktə et

Adanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür.

Faunamənbəni redaktə et

Adanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır. Suitilər, dəniz donuzları və dəniz şirləri sahil sularında yaşayır, donqar balinalar tez-tez adanın ən böyük körfəzi olan Simor-Kanalına girir. Burada çoxlu qızılbalıq vardır[2].

Ayı və qar keçiləri üçün mütəşəkkil ov aparılır[3].

Tarixmənbəni redaktə et

Ada səyyah Corc Vankuver tərəfindən xidmət etdiyi Britaniya Admirallığının şərəfinə adlandırılmışdır. İlk dəfə "Discovei" gəmisinin kapitanı Cozef Uidbi tərəfindən 1794-cü ilin iyul-avqust aylarında Vankuver Ekspedisiyası zamanı kəşf edilmişdir.

Əhalimənbəni redaktə et

Əhalisi adada min ildən artıq yaşamış tlinqitlər. Ən böyük yaşayış məntəqəsi Anqundur.

İqtisadiyyatmənbəni redaktə et

1989-cu ildən adada böyük bir gümüş mədəni fəaliyyət göstərir, qızıl, sink və qurğuşun da kiçik həcm də olsa belə hasil edilir.

Point Retreat mayakı adanın şimal hissəsində 1904-cü ildən fəaliyyət göstərir[4].

Ədəbiyyatmənbəni redaktə et

  • Corc və Con Vankuverlər. "«A voyage of discovery to the North Pacific ocean, and round the world»". books.google.ru (rus). 1801. İstifadə tarixi: 2021-02-11.
  • Artur Spenser, "The Juneau Gold Belt, Alaska: A Reconnaissance of Admiralty Island, Alalska", 2011, ISBN 978-5-8781-1165-2

İstinadlarmənbəni redaktə et

Mənbəmənbəni redaktə et

Naviqasiya menyusu