Pərayaqlılar

Pərayaqlılar (lat. Pinnipedia) — heyvanların məməlilər sinfinə aid dəstə.

Pərayaqlılar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
İnfradəstə:
Arctoidea
Klad:
Pan-Pinnipedia
Klad:
Pinnipedimorpha
Klad:
Pinnipediformes
Klad:
Pinnipedia
Beynəlxalq elmi adı

3 fəsiləyə (morjlar, qulaqlı suitilərəsl suitilər) aid 20 cinsi və 32 növü var.

Bədəni iyşəkillidir (dəniz pişiklərindən başqa), səthini parlaq qısa tük örtür. Quyruğu qısa, ətrafları 5 barmaqlıdır və pərə çevrilmişlər. Barmaqları bir-biri ilə pərdə ilə birləşmişlər. Dəridə tər və piy vəziləri var; dərinin altındakı piyin qalınlığı 8 sm-dir. Dişlərin sayı 18 ilə (morjda) 38 arasında (qulaqlı suitilərdə) dəyişir. Köpək dişləri yaxşı inkişaf etmişdir. Çeynəyici əzələlər reduksiya olunmuşdur (qidanı çeynəmir).

Saatda 30 km sürətlə üzür. Balıqlar, molyusklarxərçənglərlə qidalanır. Dəniz bəbiri isə pinqvin və suiti ilə qidalanır. Su altında uzun müddət qala bilirlər (məs., Ueddell suitisi 43 dəq, Baykal suitisi isə 68 dəq). Beyni yaxşı inkişaf etmişdir; iyə həssasdır, suda yaxşı görür və eşidir.

Çoxalması

Pərayaqlılar çoxalma, balanı əmizdirmə, tüləmə və istirahət zamanı sahilə və ya buzun üzərinə çıxırlar. Dişilər cinsi yetkinliyə 3 yaşla (suiti və dəniz pişikləri) 6 yaş arasında (morjlar) çatır. Boğazlıq dövrü 8-12 aydır. Bir, bəzən iki bala doğur. Laktasiya 3 həftədən (əsl suitilərdə) 3 aya qədər (dəniz pişiklərində) davam edir.

Yayılması

Pərayaqlılar, əsasən, Şimal və Cənub yarımkürələrinin soyuq və mülayim sulu dənizlərində yayılmışdır. Pərayaqlıların yarısı Cənub yarımkürəsində yaşayır, buraya Antarktika suitisi, yengəcyeyən, Ueddell suitisi, adi ross suitisi və cənub dəniz fili daxildir. Subtropik sularda ağqarın suiti yaşayır.

Qazıntı halında qulaqlı suitilərin qalıqlarına Sakit okeanın ABŞ sahillərində, morjların və əsl suitilərin qalıqlarına isə Şimali Atlantikanın Avropa və ABŞ sahillərində təsadüf edilmişdir.