Qarakeçdi
Qarakeçdi | |
---|---|
39°45′09″ şm. e. 46°16′20″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Qarakeçdi (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Laçın rayonunun Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Leninkənd kənd inzibati-ərazi vahidi tərkibindəki Leninkənd kəndi Qarakeçdi kəndi, Leninkənd kənd inzibati-ərazi vahidi Qarakeçdi kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Toponimikasımənbəni redaktə et
Kəndin keçmiş adı Qarakeşiş olmuşdur. XVII əsrdə Cənubi Azərbaycandan gəlmiş ailələrin Qara Keşiş damı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Rəvayətə görə, oradakı Qarakeşiş damı adlanmış qara daş "Əsli və Kərəm" dastanındakı Əslinin atası Qara Məlikdir. Hazırda kənddəki bulaqlardan biri də Əsli-Kərəm bulağı adlanır. 1936-cı ildə kəndə V.Leninin adı verilmişdir. Kəndin adı keçən əsrin sonlarında Qıraqlı kimi rəsmiləşdirilmişdir.[2]
Tariximənbəni redaktə et
Bu ərazi işğal dövründə ermənilər tərəfindən Lernahovit icması adlandırılmışdır.[3]
Kəndin məktəb binasını Amerikada yaşayan ermənilərin köməyi ilə təmir ediblər.[3] 2014-cü il sentyabr ayının 25-də həmin məktəbin açılışı keçirilmişdir.[3] Həmin məktəb üç kəndin – Qarakeçdi, Şeylanlı və Ağbulaq kəndlərinin ortaq məktəbi sayılır.[3]
Əhalisimənbəni redaktə et
Əhali kürdlərdən ibarətdir[4][5][6][7]. Əksər hissəsi Qarabağ müharibəsindən sonra Ağcabədi rayonunda məskunlaşmışdır.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 1750 nəfər olmuşdur.
Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kənddə 47 ailə yaşayır.[3]
İqtisadiyyatımənbəni redaktə et
İşğaldan əvvəl kənd əhalisinin əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlarmənbəni redaktə et
Həmçinin baxmənbəni redaktə et
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |