Ağcabədi rayonu

Azərbaycanda rayon
Bu məqalə Ağcabədi rayonu haqqındadır. Ağcabədi rayonunun inzibati mərkəzi olan eyniadlı şəhər üçün Ağcabədi səhifəsinə baxın.

Ağcabədi rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir.

Rayon
Ağcabədi rayonu

40°03′10″ şm. e. 47°27′41″ ş. u.


Ölkə
DaxildirQarabağ
İnzibati mərkəzAğcabədi
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi
  • 1.760 km²
Hündürlük
39 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 135.500 nəf. (2019)
Rəqəmsal identifikatorlar
ISO koduAZ-AGC
Telefon kodu113
Poçt indeksi0400
Avtomobil nömrəsi04
Rəsmi sayt
Ağcabədi rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 km² — dir, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020).[2]

Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.

Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı, Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar, Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar, Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri) ibarətdir.

Rayon ərazisində 216 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 5 mehmanxanafəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır.

Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər, kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.

Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları — Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.'

Tarixi

Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə Bərdə Livasına tabe olan Ağcabədi nahiyəsi olaraq çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir.

Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müfəssəl tarix dəftəri sənədində Bayot nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir. Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747–1748-ci ildə Bayot qalasını tikdirmişdir.

XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hissəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2, əhalisi 136,7 min nəfərdir (1 yanvar 2020). Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.

Qarabağ müharibəsində Ağcabədi rayonuna da zərər vurulmuş, rayonun Qiyaməddinli kəndi həmin dövrlərdə işğal olunan yeganə Ağcabədi kəndi idi.

Coğrafi mövqeyi

Ağcabədi rayonu Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.

Ümumi ərazi, [kv.km]1760.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]815.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]298.28
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]600.29
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]553.75
Meyvə bağlarının ümumi sahəsi, [kv.km]8815.29
Şoran torpaqların ümumi sahəsi, [kv.km]79.35

Relyefi

Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental — Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var. Rayonun şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir. Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.

Geoloji quruluşu

Ərazinin səthi Antropogen sisteminin kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur.

Çayları və su hövzələri

Rayonun çay şəbəkəsi nisbətən seyrəkdir. Şimalşərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqarçay axır. Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəliçay ilə Zarıslıçayın qovuşmasından yaranır. Çayın mənbəyi 2080 m yüksəklikdədir. Onun 11 qolu vardır. Ərazidə şor sulu göllər vardır. Bunlardan ən böyüyünün ümumi sahəsi 3.1 min ha olan Ağgöldür.

Landşaftları və bioloji xüsusiyyətləri

İqlimi mülayim-isti və quru subtropikdir. Boz-çəmən, boz və çəmən-boz torpaqlar yayılmışdır. Bitkiləri bozqır və yarımsəhra tiplidir. Kür çayı sahillərində kolluqlar və seyrəlmiş tuqay meşələri vardır. Ərazinin xarakterik su bitkiləri, əsasən, saçaqotu , suincilosu, sünbüllü suçiçəyi, dəniz nayası və s. Meşələri əsasən, söyüd, ağyarpaq qovaq, qarağac, tut, uzunsaplaq palıd, saqqız ağacı və s. ağac növləri yayılmışdır.[3]

Fauna

Məməliləri ceyran, canavar, qaban, çaqqal, adi tülkü, qamışlıq pişiyi, bataqlıq qunduzu, porsuq, boz dovşan, kiçik asiya qum siçanı və s. canlılardan ibarətdir. Su hövzələrində 30-a yaxın balıq növünə rast gəlinir. Bunlar qılıncbalıq, durnabalıq, qızılüzgəc, həşəm, lilbalıq, çəki və s. balıqlardır. Sürünənlərdən xəzər və bataqlıq tısbağaları, adi suilanı və suilanı yayılmışdır.[4]

Ağcabədi rayonu quşlarla zəngin olub 150-ə yaxın növ ilə təmsil olunmuşdur. Bunlardan 90-dan çox növ yuvalayandır. Ərazinin ornitofaunası, əsasən, turac, çöl göyərçini, qaraqarın bağrıqara, qırqovul, Sultan toyuğu, adi flaminqo, qaraquş, ərsindimdik, qarabattaq və s. quşlardan ibarətdir. Ağgöl Milli Parkının bir hissəsi və Ağgöl Dövlət Təbiət Yasaqlığı Ağcabədi ərazisinə düşür.[5]

Arxeoloji abidələri

Sarıcalı kəndi yaxınlığında antik dövrə aid Səngərtəpə yaşayış yeri. Poladlı kəndi yaxınlığında Tunc Dövrünə aid Gavurtəpə. Dəmir Dövrünə aid Yolçəkəntəpə, Aşıxlıtəpə kurqanları. Ağcabədi şəhərində Tunc Dövrünə aid Üçtəpə və Şahtəpə kurqanları. Hindarxı kəndində Eneolit və Tunc Dövrlərinə aid Çaqqallıtəpə yaşayış yeri, Qasımtəpə və Hiiseynbəy kurqanları. Boyat kəndi yaxınlığında Eneolit Dövrünə aid Töyrətəpə yaşayış yeri, Tunc Dövrünə aid Boyatqala. Arazbar kəndi yaxınlığında m.ə. I minilliyə aid yaşayış yeri. Salmanbəyli kəndi yaxınlığında antik dövrə aid Qaragöbər nekropolu. Tunc dövrünə aid Üçtəpə yaşayış yeri.

Tarixi mədəni abidələri

Boyat kəndi yaxınlığında Solaxaytəpə yaşayış yeri. Qaradolaq kəndi yaxınlığında antik dövrə aid Qaratəpə yaşayış yeri. Kəbirli kəndi yaxınlığında orta əsrlərə aid Əmirəhməd yaşayış yeri. Hacılar kəndində qədim qəbiristanlıq. Hindarx qəsəbəsində məscid (1907).

İqlimi

İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2–1,7 °C, avqustda isə 25–30 C-dir. İllik yağıntı 300–500 mm-dir.

Əhalisi

Əhalinin ümumi sayı135550
Şəhər əhalisinin sayı, [%]31.2381
Kənd əhalisinin sayı, [%]68.7619
Əhalinin orta sıxlığı61.268750
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]49.6490
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]50.3510
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]37.1575
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]9.933
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%]49.9940
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]7.8510
Ali təhsilli əhalinin sayı, [%]4.728
Orta təhsilli əhalinin sayı, [%]34.7760
Məskunlaşmış qaçqınların sayı223
Məskunlaşmış məcburi köçkünlərin sayı18431

Etnik tərkibi

Etnik qruplar[6]1959-cu il[7]1970-ci il[8]1979-cu il1999-cu il2009-cu il
Azərbaycanlılar33.04839.14159.22665.454 (99,4%)NümunəNümunə
Ermənilər2652546947 (0.1%)NümunəNümunə
Talışlar16-- (-)NümunəNümunə
Ləzgilər63292642 (0,1%)NümunəNümunə
Avarlar3-542 (0,1%)NümunəNümunə
Gürcülər2442111 (0,1%)NümunəNümunə
Kürdlər17--234 (0,4%)NümunəNümunə
Ruslar1.15160435311 (0,1%)NümunəNümunə
Ukraynalılar112-11 (0,1%)NümunəNümunə
Almanlar211 (0,1%)NümunəNümunə
Yəhudilər142411 (0,1%)NümunəNümunə
Beloruslar1111 (0,1%)NümunəNümunə
Özbəklər27411 (0,1%)NümunəNümunə
Taciklər211 (0,1%)NümunəNümunə
Qazaxlar211 (0,1%)NümunəNümunə
Komilər111 (0,1%)NümunəNümunə
Başqırdlar111 (0,1%)NümunəNümunə
Udmurtlar111 (0,1%)NümunəNümunə
Tatarlar322711 (0,1%)NümunəNümunə
Mordvalar511 (0,1%)NümunəNümunə
Çuvaşlar211 (0,1%)NümunəNümunə
Osetinlər111 (0,1%)NümunəNümunə
Dargilər4111 (0,1%)NümunəNümunə
Moldovanlar111 (0,1%)NümunəNümunə
Osetinlər311 (0,1%)NümunəNümunə
Adıgeylər111 (0,1%)NümunəNümunə
Farslar2211 (0,1%)NümunəNümunə
Latışlar111 (0,1%)NümunəNümunə
Polyaklar211 (0,1%)NümunəNümunə
Türklər211 (0,1%)NümunəNümunə
Estonlar111 (0,1%)NümunəNümunə
Tatlar1211 (0,1%)NümunəNümunə
Saxurlar-111 (0,1%)NümunəNümunə
Qrızlar11 (0,1%)NümunəNümunə
Udinlər111 (0,1%)NümunəNümunə
Digər xalqlar242 (0,1%)NümunəNümunə
Milliyəti göstərilməyən1111 (0,1%)NümunəNümunə
Cəmi35.13340.27959.83765.854 (100%)NümunəNümunə
Qeydlər :
  • 1970-ci il əhalinin siyahıyaalınmasında ukraynalılar ruslar ilə birlikdə hesablanmışdır.
Ağcabədi rayonu : 1979-cu il siyahıya alması
Etnik quplarƏhalinin Sayı[9](Nəfər)
Azərbaycan türkləri65.454 (99,4%)
Talışlar- (-)
Ruslar234 (0,4%)
Ermənilər47 (21,8%)
Ləzgilər42 (0,1%)
Gürcülər11 (0,1%)
Bütün rayon üzrə65.854 (100%)

Görkəmli şəxsləri

İqtisadi xarakteristikası

Rayon iqtisadiyyatının əsasını salam təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin, taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. 2009-cu ildə rayonda 1769 hektar sahədə pambıq əkilmiş, 2645 ton məhsul yığılmışdır. 2010-cu ildə isə pambıq əkini 2425 hektar və həmin sahələrdən yığılan məhsul isə 2896 ton olmuşdur. Göründüyü kimi əvvəlki illə müqayisədə əkin sahəsi 656 hektar, məhsul istehsalı isə 251 ton artmışdır. Rayonda 2 pambıq tədarükü müəssisəsi Ağcabədi Pambıq "ASC "və" CTS Aqro" MMC fəaliyyət göstərir. Rayonda yağ-pendir zavodları, istehsal kombinatı vardır. Bundan başqa "Pambıq" ATSC, avtomobil təmiri zavodu müəssisələri var. Rayona qaz çəkilməsi işlərinə 2008-ci ildə başlanılıb. 2013-cü ilədək Ağcabədi şəhəri də daxil olmaqla rayonun bütün yaşayış məntəqələrinə qaz çəkiləcəkdir.[10] Ağcabədidə 2009-cu ildə ət istehsalı 9024 ton, süd istehsalı 48432 ton, yumurta istehsalı 11902 min ədəd, yun istehsalı 975 ton olmuşdur. 2009-cu ildə taxıl əkini sahəsi 27383 hektar, cəmi məhsul 84712.4 ton, hər hektarın məhsuldarlığı 30.8 sentner olmuşdur. Bundan əlavə, 80 hektar dən üçün qarğıdalı əkilmiş, 470.2 ton məhsul götürülmüşdür. Cəmi 85182.6 ton məhsul istehsal edilmişdir.[11]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda 62 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 1 universitet, 1 kollec, 2 məktəbdənkənar uşaq müəssisəsi, 39 uşaq bağçası, 8 musiqi məktəbi, 20 mədəniyyət evi, 43 klub, incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, 74 kitabxana, 12 xəstəxana, vərəm dispanseri, sanitar-epidemiologiya stansiyası, 22 feldşer-mama məntəqəsi var. Ermənistanın təcavüzü nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yüzlərlə ev, 1 məktəb binası, 1 kənd mədəniyyət evi, 1 kitabxana yandırılaraq məhv edilmişdir.

Maddi-mədəni irsi

Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır.

Tarixi abidələr


  • Eneolit dövrünün qalıqları: qəbiristanlıq təpə kurqanı və yaşayış yeri, Kiçik yaşayış yeri (Boyad kəndi), Yastıtəpə yaşayış yeri (Hindarx kəndi), Əhənglitəpə, Keşaltıtəpə, Cəfərqulutəpə, Hüsülütəpə (Hacılar kəndi), Kamiltəpə yaşayış yeri, Şaxtəpə yaşayış yeri (Yeni Qaradolaq kəndi), Sutəpə yaşayış yeri, Canavartəpə (Taynaq kəndi), I və II Mirvaritəpə, Qətiltəpə, Əbiltəpə I və Əbiltəpə II, Məhəmmədtəpə (İmamqulubəyli kəndi), Ağtəpə (Taynaq kəndi).
  • Tunc dövrünün qalıqları: Kültəpə, Sarıbaştəpə, Üçtəpə, Şaxtəpə (Ağcabədi şəhəri), Qışaltıtəpə, Qəbiristanlıq təpə, Qalatəpə (Boyad kəndi), Yolaşantəpə (Gələbədin kəndi), Qazantəpə kurqanı, Görüştəpə kurqanı, Qəbiristanlıq təpə kurqanı, Qasımtəpə kurqanı, Quştəpə kurqanı, Adsız kurqanlar, Hüseynbəy kurqanı (Hindarx kəndi), Sümüklü təpə (Cəfərbəyli kəndi), Yantəpə yaşayış yeri, Sutəpə yaşayış yeri (Taynaq kəndi), Böyüktəpə yaşayış yeri (Biləğan kəndi), Gültəpə (Qaraxanlı kəndi).
  • Antik dövrün qalıqları: yaşayış yeri (e.ə. V–II minilliklər, Təzəkənd kəndi), yaşayış yeri (e.ə. I minillik, Arazbar kəndi), yaşayış yeri (e.ə. I minillik, Qiyaməddin kəndi), yaşayış yeri (Hüsülü kəndi), Səngərtəpə yaşayış yeri (Sarıcalı kəndi), Törətəpə yaşayış yeri (Şənlik kəndi).
  • Orta əsrlərin qalıqları: böyük qəbiristanlıq (Hacılar kəndi).
  • Yerli əhəmiyyətli arxeoloji abidələr: Solaxaytəpə kurqanı (XVIII əsrin 40-cı illəri, Boyad kəndi), Xımılı təpələri yaşayış yeri (İmanqulubəyli kəndi).
  • Cümə məscidi — Ağcabədi şəhəri, XX əsr, Qarabağ küçəsi
  • Həmidə xanım Məmmədquluzadənin ev muzeyi — Kəhrizli kəndi
  • Tarix və diyarşünaslıq muzeyi — Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti
  • Heydər Əliyev mərkəzi — Ağcabədi şəhəri H. Əliyev prospekti
  • Rəsm qalereyası — Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti
  • 20 yanvar faciəsi, Şəhidlər Xiyabanı xatirə abidə kompleksi — Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti
  • MəscidHindarx qəsəbəsi, 1907-ci il

Yerli media

Ağcabədi rayonunda AzTv Dövlət televiziyasının, rəhbəri Sənan Həsənoğlu "Space" telekanalının müxbir postları yerləşir. Rayonda 1932-ci ildən "Ağcabədi pambıqçısı" qəzeti nəşr olunub. Sonrakı illərdə qəzetin adı dəyişərək "Sürət" olub, 1990-cı ildən etibarən isə "Aran" adı ilə nəşr olunur[12].

İcra başçıları

İstinadlar

Həmçinin bax

Xarici keçidlər