"Şah İsmayıl" ordeni

Bu məqalə Azərbaycan Respublikasının ali hərbi ordeni haqqındadır. Digər mənalar üçün Şah İsmayıl (dəqiqləşdirmə) səhifəsinə baxın.

"Şah İsmayıl" ordeniAzərbaycan Respublikasının ali hərbi ordeni.[1]

"Şah İsmayıl" ordeni

ÖlkəAzərbaycan Azərbaycan
Tiporden
Kimə verilirHərbi və dövləti xidmətlərə görə
Statustəqdim olunur
Statistika
Parametrlər27 mm x 47,5 mm
Təsis tarixi10 noyabr 1992
Ardıcıllıq
Yüksək mükafat"İstiqlal" ordeni
Aşağı mükafat"Azərbaycan Bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının yeganə dövlət təltifidir ki, bu ordenlə heç kim təltif edilməyib.[2][3][4]

Statusu

Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilə bilərlər.

"Şah İsmayıl" ordeni aşağıdakılara görə verilə bilər:

— Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
— Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
— görkəmli sərkərdəlik fəaliyyətinə görə;
— respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

"Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılmalıdır.

Təsviri

"Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

— boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
— paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;

"Şah İsmayıl" ordeni poçt markası üzərində

2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur.[5][6]

İstinadlar

Həmçinin bax

Mənbə

Xarici keçidlər