Azərbaycandakı ən yüksək dağ zirvələri

Böyük Qafqaz dağ sistemi

Bazardüzü (4466 metr)

Böyük Qafqaz dağ sistemi Baş Qafqaz (silsilənin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir buna görə o, bəzən də Suayrıcı silsilə adlanır) və Yan silsilələrinin Azərbaycan hissəsinə, Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə, Baş Qafqaz silsiləsinin cənub yamacına paralel uzanan Alazan-Əyriçay çökəkliyinə, Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsinə, cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsinə bölünür:[1]

Yüksəkliyi (metr)AdıSilsiləQeyd
4466[2]BazardüzüBaş QafqazSuayrıcı silsilə
4301[3][4]Zəfər zirvəsiBaş QafqazSuayrıcı silsilə
4243ŞahdağYan silsilə
4206TufandağBaş QafqazSuayrıcı silsilə
4126[2]BazaryurdBaş QafqazSuayrıcı silsilə
4116[2]YarıdağYan silsiləSuayrıcı silsilə
4079[2]ÇarındağBaş QafqazSuayrıcı silsilə
4062[2]Çingiz Mustafayev zirvəsiYan silsilə
4042[2]İlham zirvəsiYan silsilə
4020[2]RaqdanBaş QafqazSuayrıcı silsilə

Kiçik Qafqaz dağ sistemi

Qapıcıq dağı (3906 metr)

Kiçik Qafqaz dağ sistemi Azərbaycan Respublikasındakı hissəsi Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir.[1]

Yüksəkliyi (metr)AdıSilsiləQeyd
3906[2]Qapıcıq dağıZəngəzur silsiləsi
3865[2]AlagözZəngəzur silsiləsi
3827[2]Yağlıdərə dağıZəngəzur silsiləsi
3814[2]QazangöldağZəngəzur silsiləsi
3754[2]Sarıdərə dağıZəngəzur silsiləsi
3724[2]GamışdağMurovdağ silsiləsi
3613[2]DəlidağMıxtökən silsiləsi
3560[2]Dəvəboynu dağıZəngəzur silsiləsi
3549[2]Qoşabulaq dağıŞahdağ silsiləsi
3437[2]Kəti dağıŞərqi Göyçə silsiləsi
3367[2]HinaldağŞahdağ silsiləsi
3364[2]Əlincə dağıZəngəzur silsiləsi

Talış dağ sistemi

Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Əlburz dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Talış dağ sisteminin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.[1]

Yüksəkliyi (metr)AdıSilsiləQeyd
2493[2]GömürgöyTalış silsiləsi
2433[2]QızyurduTalış silsiləsi

İstinadlar