Təbii fəlakət

Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür.

Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir.

Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır.

Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar.

Növləri

Geoloji mənşəlilər

Vulkan püskürməsi

Meteoroloji mənşəlilər

Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.

Bəşəriyyət tarixində — Meqasunamilər

Meqasunami – dalğalarının hündürlüyü adi sunami dalğalarının hündürlüyündən çox-çox hündür olan sunamilərdir. Bir qayda olaraq zəlzələlərlə yox, torpağın nəhəng qeyri tektonik yerdəyişmələri (torpaq sürüşməsi, səma cisimləri ilə toqquşma) nəticəsində baş verir.

  1. Təxminən 65 milyon il bizim eradan əvvəl Yerin asteroid ilə toqquşması nəticəsində Yukatan adasının cənubunda Çikşulub krateri əmələ gəlmişdir.
  2. Təxminən 35.3 milyon il bizim eradan əvvəl Yerin bolid (iri parlaq meteorit) ilə toqquşması nəticəsində Çekapiksk körfəzinin krateri əmələ gəldi.
  3. Təxminən 6000 il bizim eradan əvvəl Etna dağında (Sicilya adasında) nəhəng torpaq sürüşməsi meqasunami yaratdı ki, bu sunami Aralıq dənizi ölkələrinə ziyan vurdu.
  4. Təxminən 5000 il bizim eradan əvvəl müasir Norveçin kontinental şelf sərhədində su altında "Sturreqa" adı ilə məşhur olan sualtı torpaq sürüşməsi. Bunun nəticəsində müasir İslandiya ölçüsündə torpaq ayrılması olduqda güclü meqasunami yaratmışdı.
  5. Təxminən 2000 il bizim eradan əvvəl Madaqaskardan şərqdə Reyunon adasında torpaq sürüşməsi.
  6. Təxminən 1000–800 il bizim eradan əvvəl Yer kürəsi səma cismi ilə toqquşması nəticəsində Hind okeanı altında Byorkl kraterinin əmələ gəlməsinə səbəb oldu.
  7. 365-ci il. Kritdə zəlzələ. Zəlzələnin yaratdığı meqasunami İskəndəriyyəni məhv etdi. Sahildə dalğalar 35.5 metrə çatırdı.
  8. 1792-ci ilin iyunun 15-i. Yaponiyada Unzen vulkanı püskürməsi səbəbindən meqasunami yaranmışdı. Dalğaların hündürlüyü 100 metrə çatmışdı.
  9. 1958-ci il 9 iyul. Alyaskada Lituyya buxtasında torpaq sürüşməsi. Buxtanın əks sahilində əmələ gələn dalğanın hündürlüyü 524 metrə çatmışdı. Bu qeydə alınmış ən hündür dalğadır.
  10. 1963-cü il 9 oktyabr. İtaliyada Vayont bəndində torpaq sürüşməsi bəndin üzərindən suyun aşmasına səbəb oldu. Suyun həcmi 50 milyon kub metrdən çox, qalınlığı 150–250 metr idi. Su dalğalarının hündürlüyü 90 metr idi. 2000–3000 nəfər insan həlak olmuşdu.
  11. 1980-ci il 18 may. ABŞ-də Vaşinqton ştatında Müqəddəs Yelena (Sent-Xelens) vulkanı püskürməsi nəticəsində dağın zirvəsi (yuxarı 460 metr) aşağı tökülmüşdü. Torpağın bir hissəsi Duxa gölünə tökülmüşdür, su dalğalarının hündürlüyü 260 metrə çatmışdı.
Bəşəriyyət tarixində — 10 ən böyük təbii fəlakət
TarixYerHadisəHəlak olanların sayı, nəfər
İyul, noyabr 1931-ci ilÇinDaşqın1000000–4000000
Sentyabr-oktyabr 1887-ci ilÇinXuanxe çayında daşqın900000–2000000
23 yanvar 1556-cı ilÇin, Şensi əyalətiZəlzələ830000
13 noyabr 1970-ci ilBanqladeşBxolo siklonu500000
25 noyabr 1839-cu ilHindistan, KorinqaQabarma dalğaları300000
may 526-cı ilAntioxiya (müasir Türkiyə)Zəlzələ250000–300000
28 iyul 1976-cı ilÇin, XebeyTyanşan zəlzələsi242419
16 dekabr 1920-ci ilÇin, Ninsa-Qansu əyalətiZəlzələ234117
26 dekabr 2004-cü ilİndoneziya, SumatraSunami230210
12 yanvar 2010-cu ilHaitiZəlzələ230000
Bəşəriyyət tarixində — 10 ən böyük zəlzələ(12 ballı şkala üzrə)
TarixYerMaqnituduQurbanların sayı, nəfər
22 may 1960-cı ilÇili9.56000
26 dekabr 2004-cü ilİndoneziya, Sumatra9.3230210
27 mart 1964-cü ilAlyaska, ABŞ9.2125
9 mart 1957-ci ilAndreyanovsk adası (Alyaska)9.1Məlum deyil
4 noyabr 1952-ci ilKamçatka, SSSR9.02000-dən çox
13 avqust 1868-ci ilÇili9.025000-dən çox
may 526-cı ilAntioxiya (müasir Türkiyə)9.0250000–300000
26 yanvar 1700-cü ilKanada9.0Məlum deyil
27 fevral 2010-cu ilÇili8.8432
31 yanvar 1906-cı ilEkvador-Kolumbiya8.81500-ə qədər
Bəşəriyyət tarixində — 10 ən böyük daşqın
TarixZərər çəkmiş bölgələrQurbanların sayı, nəfər
İyul-avqust 1931-ci ilMərkəzi Çin145000–4000000
sentyabr 1887-ci ilÇinin Xuanxe çayı900000–2000000
iyun 1938-ci ilÇinin Xuanxe çayı500000–700000
mart 1931-ci ilÇin, Yansızı çayı vadisi145000
5 noyabr 1530-cu ilHollandiya100000-dən çox
1971-ci ilVyetnam, Qırmızı çay deltası100000
1911-ci ilÇin, Yansızı çayı vadisi100000
14 dekabr 1287-ci ilHollandiya, Şimali Almaniya50000–80000
1212-ci ilHollandiya60000
12 fevral 2006-cı ilFilippin, sel daşqınları1126
Bəşəriyyət tarixində — 10 ən böyük sunami(qurbanların sayına görə)
TarixZərər çəkmiş bölgələrQurbanların sayı, nəfər
26 dekabr 2004-cü ilİndoneziya, Tailand, Hindistan, Şri-Lanka, Maldiv adaları, Somali230210
1 noyabr 1755-ci ilPortuqaliya, İspaniya, Morakko, İrlandiya, İngiltərə100000
26 dekabr 1908-ciCənubi İtaliya100000
27 avqust 1883-cü ilİndoneziya38000-dən çox
28 oktyabr 1707-ci ilYaponiya30000-ə yaxın
15 iyun 1826-cı ilYaponiya27000-dən çox
13 avqust 1868-ci ilÇili25000-dən çox
15 iyun 1896-cı ilYaponiya22070
15 iyun 1896-cı ilYaponiya22070
21 may 1792-ci ilYaponiya15030
4 aprel 1771-ci ilYaponiya12000-dən çox
Bəşəriyyət tarixində — 10 ən böyük qasırğa(qurbanların sayına görə)
TarixYerAdQurbanların sayı, nəfər
13 noyabr 1970-ci ilBanqladeşBxola siklonu500000
25 noyabr 1839-cu ilHindistan, KorinqaHind siklonu300000
7 oktyabr 1737-ci ilHindistanKəlkütlə siklonu300000
2–8 avqust 1975-ci ilÇinMina tayfunu210000
31 oktyabr 1876-cı ilHindistanBöyük Bakerqanc siklonu200000
2 may 2008-ci ilMayanmaNargis siklonu90000–146000
29 aprel 1991-ci ilBanqladeşBanqladeş siklonu138000 nəfərdən çox
6 iyun 1882-ci ilHindistanBombey siklonu100000
2–3 avqust 1922-ci ilÇinSvatou siklonu50000–100000
5 oktyabr 1864-cü ilHindistanKəlküttə siklonu60000

Mənbə

  • Редактор — составитель Александр Соловьев. Апокалипсис. M.: Коммерсант: Ексмо, 2010, 336 с.

İstinadlar

Xarici keçidlər