Çöpədərə

Zəngilan rayonunda kənd

ÇöpədərəAzərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.[1]

Çöpədərə
39°00′14″ şm. e. 46°38′42″ ş. u.
Ölkə Azərbaycan
RayonZəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü510 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Xəritəni göstər/gizlə
Çöpədərə xəritədə
Çöpədərə
Çöpədərə

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Tarixi

Çöpədərə kəndi dağətəyi ərazidədir. Çəpədərə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Çəpədərə kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Tədqiqatçılara görə, toponim çəp (türk dillərində "xırda daşlı və qumlu, bitkisiz dağ yamacı") və dərə (mənfi relyef forması) sözlərindən düzəlib, "xırda daşlı, qumlu, bitkisiz dərə" deməkdir.[3]

İstinadlar