Çərəkən

Cəbrayıl rayonuda kənd

ÇərəkənAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Çərəkən
39°24′57″ şm. e. 47°03′59″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü500 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Çərəkən xəritədə
Çərəkən
Çərəkən

Toponimikası

Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır.[3]

Coğrafiyası və iqlimi

Kənd düzənlikdə yerləşir.

Əhalisi

Tanınmış şəxsləri

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

İstinadlar

Həmçinin bax