Çanaqqala

Çanaqqala — Şimal-qərbi Anadoluda,eyniadlı boğazın sahilində yerləşən şəhərdir.2015-ci ilin statistik göstəricilərinə nəzərən əhalisi 122.613 nəfərdir.Troya qalıqlarının aşkar edildiyi yerdir.

Çanaqqala
40°09′ şm. e. 26°24′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü6 m
Əhalisi
Əhalisi
  • 134.478 nəf. (2020)
Rəqəmsal identifikatorlar
Poçt indeksi17600
Digər
canakkale.bel.tr
Çanaqqala xəritədə
Çanaqqala
Çanaqqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Antik dövrə məxsus olan Troya qalıqları şəhərin sərhədləri daxilindədir.

Osmanlı dövrü

Ərazinin qədim mərkəzi Biqa olmuşdur.Cümhuriyyət zamanında Çanaqqala döyüşlərində qazanılan qələbədən dolayı,ərazinin adı və mərkəzi Çanaqqala olaraq dəyişdirilmişdir.Bu adın mənşəyi burada çox inkişaf edən dulusçuluq sənəti ilə bağlıdır.Şəhərin ilk simvolu sayılan Sultaniyyə qalası ilə yanaşı,dulusçuluq da tanındıqca şəhər ``Çanaqqala``adlanmağa başlamışdır.

Çanaqqala döyüşləri

1915-ci ildə Osmanlı dövləti ilə Antanta ölkələri arasında Çanaqqala döyüşlərinə şahidlik etdi.Antantanın birləşmiş qüvvələri dəniz döyüşlərində texniki vasitələr və insan itkisi verərək məğlub oldu və boğazları keçə bilmədi.Daha sonra Antanta qüvvələri qurudan hücuma keçdi.Bu döyüşlərdə podpolkovnik Mustafa Kamalın uğurları sayəsində qarşı Antantanın irəliləyişi dayandırıldı.İki qüvvə bir-birinə üstün gələ bilmədi və quru hücumları da uğursuzluqla nəticələndi.

Demoqrafiya

Çanaqqala şəhəri əhali sayı baxımından Mərmərə bölgəsində bir çox şəhərdən sonra gəlməkdədir.Mərkəz ərazinin 1927-ci ildə 8515 nəfər olan əhalisi 1990-cı ildə 53.995,2000-ci ildə 75.180,2007-ci ildə 86.544 və 2008-ci ildə 90.563-ə çatmışdır.

Cədvəldə müvafiq olaraq İllər,həmin illərə görə əhalinin ümumi sayı,daha sonra isə şəhərdə və ətraf ərazilərdə yaşayan əhalinin sayı göstərilmişdir.

1965[1]44.52022.78921.731
1970[2]48.97727.04221.935
1975[3]52.52430.78821.736
1980[4]62.70139.97922.722
1985[5]73.41248.05925.353
1990[6]81.43553.99527.440
2000[7]104.20575.81028.395
2007[8]115.77586.54429.231
2009[9]125.23196.58828.643
2010[10]136.484106.11630.368
2011[11]135.192104.32130.871
2012[12]143.041111.13731.904
2013[13]149.881116.07833.803
2014[14]155.657119.80635.851
2015[15]159.758122.61337.145

Mədəniyyət

Kilidbəhrin yuxarısındakı yamacda yerləşən və dənizdən gözlə görünən ``Dur yolçu abidəsi``

Çanaqqala minillər boyu fərqli cəmiyyətlərin hegemonluğunda olmuş,həm memarlığında,həm də yaşam tərzində onlardan izlər daşımaqdadır.1970-ci illərdən etibarən həyata keçirilən maliyyə yatırımlarından ərazidə ənənəvi cəmiyyət quruluşu özünü sürətli şəkildə müasir şəhər quruluşu ilə əvəzləmişdir.Maliyyə yatırımları ilə nəqliyyat inkişaf etmiş və şəhərin görünüşünün dəyişməsi də beləcə başlamışdır.Bu gün Çanaqqala Türkiyənin ən müasir ərazilərindəndir.Cəmiyyətdə nüvə ailə anlayışı geniş yayılmışdır.Cəmiyyət manavlar,türkmənlər,pomaklar,yörüklər,Bolqarıstan miqrantları,az sayda kumık türkləri,çərkəz və bosniyalıdan ibarətdir.Bosniyalılar və yörüklər adətən kənd təsərrüfatı ilə məşğul olurlar.Lakin,xalq etnik baxımdan ayrılmamış,birlik içində yaşamaqdadır.Buna baxmayaraq,hər toplum özünün mədəni quruluşunu qoruyur.Vilayət və mahal mərkəzlərində geniş miqyasda müasir geyim nümunələri mənimsənilmişdir.Kənd seqmentindən gələn qadınlar bəyaz yəməni adlanan şal və enli şalvar ilə neylon qumaşdan palto geyinərlər.Kənd seqmenti kişiləri isə ənənəvi geyim tərzi şalvar,pencək və papaqdır.Bölgədə kişilərin enli şalvar geyinməyinə çox da rast gəlinmir.Çanaqqalada istehsal edilən başlıca qida məhsulları şərab,zeytun,sardalya balığı,pendir halvası,keşkəkdir.

Turizm

Çanaqqala və digər mahallar tarixi və təbii gözəlliklər baxmdan olduqca zəngin olsa da,lazımından az turist cəlb etməkdədir.Turizmə edilən maliyyə yatırımı azdır.Hər il 25 apreldə təşkil edilən Anzac günündə Avstraliya və Yeni Zellandiyadan gələn minlərlə turist bölgəyə axın etməkdədir.Ümumiyyətlə,turizm Çanaqqala döyüşlərinin yaşandığı Gelibolu,Truva döyüşünə ev sahibliyi edən Truva antik şəhəri və Assos antik şəhəri üzərinə yönəlmişdir.Dəniz turizminə uyğun olmasına baxmayaraq,bu istiqamətdə bir iş yoxdur.Çanaqqala vilayətində 5 ulduzlu mehmanxana sayı bir ədəddir.Çanaqqalada yerləşən Gökçedada və Bozcaada turist cəlb etməkdədir.1963-cü ildən etibarən hər il avqust ayında Çanaqqalada Beynəlxaq Troya Festivalı həyata keçirilir,müxtəlif sənət fəaliyyətləri həyata keçirilir.Hər iki ildə bir təşkil edilən Beynəlxalq Çanaqqala Bienalı da Çanaqqala vilayətinin mədəniyyət,sənət və turizminə qatqılar əlavə edən fəaliyyətdir.

Çanaqqala döyüşlərində vəfat edən türk əsgələrinin xatirəsinə ucaldılan ``Şəhidlər abidəsi``

Təhsil

Vilayətin tək universiteti olan Çanaqqala On səkkiz mart Universitetinin (ÇOMÜ) Çanaqqala üçün xüsusi bir əhəmiyyəti vardır.Şəhərin mərkəz əhalisi 100.000 civarında olan Çanaqqalada universitet tələbəsi sayı 33.500-ü,personal sayı isə 3000-i keçməkdədir.Personal ailəsi ilə birgə hesablandıqda Universitetin tələbələr və ailələr ilə birlikdə vilayətdə 45000 əhalisi olduğu görülür.Bundan əlavə,universitet 12 fakültə və 20-dən çox ali məktəb institutu ilə vilayətin ən vacib ictimai qurumu və məşğulluq mərkəzidir.Universitetin hər mahalda ən az bir ali məktəbi yerləşməkdədir.Çanaqqala Fənn Liseyi,Çanaqqala Sosial Elmlər Liseyi,Vahid Tuna Anadolu Liseyi başlıca liseylərdəndir.

İdman

Şəhərin tək futbol komandası olan Çanaqqala Dardanelspor 1996-1999 mövsümlərində Super Liqada mübarizə aparmışdır.Daha sonra pilləli şəkildə 1-ci,2-ci və 3-cü Liqada da mücadilə etmişdir.Komanda 2014-2015 mövsümündə 3-cü Liqada mücadilə etməkdə olub şəhərin tək voleybol komandası olan Çanaqqala Bələdiyyəspor (qadınlardan ibarət voleybol komandası),2014-2015 mövsümündə Türkiyə Qadın Voleybolu 1-ci Liqasında mübarizə aparmışdır.

Truva filminin setində istifadə edildikdən sonra şəhər mərkəzinə hədiyyə edilən Truva atı

Nəqliyyat

Çanaqqalaya quru,hava və dəniz yolu ilə getmək mümkündür.Çanaqqala Hava limanı hava nəqliyyatını həyata keçirir.Çanaqqala Hava limanından 2016-cı ildən etibarən Ankara və İstanbula gündəlik uçuşlar həyata keçirilir.

Çanaqqalanın bəzi mərkəzlərə uzaqlığı haqqda məlumatlar:

Çanaqqala-İstanbul: 315 Km

Çanaqqala-Ankara: 666 Km

Çanaqqala-İzmir: 315 Km

Çanaqqala-Bursa: 270 Km

Çanaqqala-Antalya: 700 Km

Şəhər mərkəzində yerləşən Çanaqqala On səkkiz mart Universitetinə aid Çanaqqala Strateji Araşdırmalar Mərkəzindən bir görüntü

Çanaqqala-Balıqəsir: 200 Km

Çanaqqala-Təkirdağ: 170 Km

Çanaqqalada Yerli Mətbuat

Çanaqqalanın şəhər mərkəzində yayınlanan 3 yerli TV kanalı,4 yerli radio və müxtəlif yerli qəzetlər vardır.Mahallarda isə Biqada yerli radiolar,Çanda yerli radio kanalı və digər mahallarda müxtəlif qəzetlər,mətbuat və nəşr orqanlarıyerləşir.

Yerli TV Kanalları

  • Ton TV (Çanaqqala-Mərkəz)
  • Kanal 17 (Çanaqqala-Mərkəz)
  • Çanaqqala TV (Çanaqqala-Mərkəz)

Yerli Radio Kanalları

  • 90.8 Radio Mega17 (Çanaqqala-Mərkəz)
  • 92.7 Radio Çanaqqala (Çanaqqala-Mərkəz)
  • 94.0 Radio TON Kampüs (Çanaqqala-Mərkəz)
  • 95.8 Boğaz FM (Çanaqqala-Mərkəz)

Çanaqqala Vilayətində Yayınlanan Yerli Radiolar

  • 88.0 Radio Pegai (Biqa)
  • 99.2 Biqa FM (Biqa)
  • 100.5 Çan FM (Çan)

Yerli Qəzetlər və Nəşriyyat qurumları

  • Çanaqqala Olay
  • İşte(Bax) Çanaqqala
  • Çanaqqala Aynalı Bazar
  • Çanaqqala Demokrat
  • Çanaqqala Hədəf Qəzeti
  • Çanaqqalanın Səsi
  • Qalanın Səsi Qəzeti

Qardaş şəhərlər

Avropa

  •  Osnabrück, Almaniya [16]

Türkiyə

  • Girəsun [17]
  • Sur (Diyarbəkir)

Həmçinin bax

Saat qülləsi - 1918

Çanaqqala Boğazı

İstinadlar