Çaylı (Ağdərə)

Ağdərə rayonunda kənd
(Çaylı (Tərtər) səhifəsindən istiqamətləndirilmişdir)

ÇaylıAzərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir.[2]

Çaylı
40°20′23″ şm. e. 46°49′18″ ş. u.
Ölkə
RegionAğdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çaylı xəritədə
Çaylı
Çaylı

Toponimikası

Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır.[3]

Tarixi

Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Coğrafiyası və iqlimi

Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

2017-ci ildə Çaylı kəndinə 450 metr 6 kV-luq, 2 km 0.4 kV-luq hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla da 22 il elektrik enerjisiz qalan Çaylı kəndində elektrik enerjisi bərpa olunub.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Həmçinin bax