Çeberloyev rayonu

Çeberloyev rayonu (çeç. ЧӀебарлойн кӀошт[2]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının ərazi vahidi olaraq 2012-ci ildə Çeçenistan Respublikasının Konstitusiyasına uyğun olaraq bərpa edildi[3]. Hüquqi bərpa respublikanın inzibati-ərazi tərkibində faktiki dəyişikliyə səbəb olmadı[4]

Çeberloyev rayonu
ЧӀебарлойн кӀошт
Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb1925
Sahəsi
  • 525 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 16.962 nəf. (1939)[1]
Çeberloyev rayonu xəritədə
Çeberloyev rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1925–1944

8 mart 1926-cı ildə RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Çeçen Muxtar Vilayəti 14 rayondan ibarət olaraq təsdiq edildi. Bu rayonlar sırasına mərkəzi Makajoy olan Çeberloyev rayonu da daxil idi[5].

1926-cı il siyahıyaalmasına görə rayonda 13,053 nəfər yaşayırdı. Rayon ümumilikdə 11 kənd sovetindən ibarət idi.[6] 1929-cu ilin fevralında inzibati bölgələrin genişləndirilməsi ilə Çeberloev rayonu ləğv edildi, əraziləri aşağıdakı rayonlara birləşdirildi:

Şatoy rayonu — Dayski, Şaro-Argunski, Nijeloevski, Çubax-Keneroyevski, Naxçu-Keloyevski, Salbiroyevski kəndləri.

Vedeno rayonu — Makajoevski, Sadoyevski, Xind—Bosxoyevski, Riqaxoyevski, İxoroyevski kəndləri.

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 10 yanvar 1932-ci il tarixli qərarı ilə "Şaro-Çeberloevski rayonu" Vedeno və Şatoevski rayonlarından ayrılan torpaqlar hesabına mərkəzi Day kəndi olmaqla təşkil edilir[7]. 1935-ci ildə Çeberloyev rayonu yenidən təşkil edilir və mərkəzi Şaro-Arqun kəndi olur. Rayona ümumilikdə 11 kənd sovetliyi daxil idi. 1940-cı ilin sonlarına görə rayonda cəmi əhalisi 17 min nəfər yaşayırdı.

1944-cü il məlumatına görə rayon 52,5 min ha əraziyə sahib idi. Rayonda ümumi olaraq 16 982 nəfər yaşayırdı[8].

1944-cü ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi və sakinlərinin qovulması ilə rayon ərazisi Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Botlıx rayonuna birləşdirilir.

1956-cı ilin dekabrında Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Bərpası üzrə Dövlət Komissiyasının iclasında Çeberloevski rayonunun ərazisinin Dağıstan Muxtar Sovet Sosialist Respublikasın tərkibində qalması təklif edildi. Bu təklifə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Təşkilat Komitəsinin sədri M. Qairbekov və onun müavini D. Malsaqov da daxil olmaqla çeçen və inquş nümayəndələri tərəfindən kəskin etiraz edildi[9]. 9 yanvar 1957-ci ildə RSFSR Ali Şurası Rəyasət Heyətinin fərmanı ilə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildi. Çeberloev rayonunun ərazisi respublikaya qaytarıldı[10]. Lakin qonşu rayonların sovxozları və kolxozları üçün alp otlaqları ayrıldığından bölgə yaşayış üçün bağlanıldı. Keçmiş rayon sakinləri, atalarının torpağına qayıda bilməyərək, respublikanın əsasən düzən ərazilərinə o cümlədən ŞaliUrus-Martan kəndlərinə köçürüldü[9][11].

Əhali

1939-cu il məlumatına görə rayon ərazisində 16 962 nəfər əhali yaşayırdı. Milli tərkib: çeçenlər 97,5 %, ruslar 1,6 %, ukraynalılar 0,3 %, inquşlar 0,2 %.

İstinadlar