Çimnaz Aslanova
Azərbaycan dövlət və ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin I-IV çağırış deputatı
Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüəli qızı Aslanova; 1904 – 10 mart 1970) — Azərbaycan dövlət və ictimai xadimi,[1] Azərbaycan SSR Ali Sovetinin I–IV çağırış deputatı.[2]
Çimnaz Aslanova | |
---|---|
Çimnaz Əbdüləli qızı Aslanova | |
1946 – 1958 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Partiya | Kommunist partiyası |
Fəaliyyəti | siyasətçi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur.[1]
Fəaliyyəti
- 1938–39-cu illər — Bakı xalq maarifi şöbəsinin müdiri
- 1939–43-cü illər — Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri
- 1943–48-ci illər — AK(b)P MK-da məktəblər şöbəsinin müdiri
- 1951–52-ci illər — Azərbaycan SSR maarif nazirinin müavini
- 1952–56-cı illər — AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri
- 1956–58-ci illər — Partiya orqanları şöbəsi müdirinin müavini
- 1958-ci ildə — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri
- 1946–58-ci illər — SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.[1]
Mükafatları
Həmçinin bax
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatlarının siyahısı
İstinadlar
🔥 Top keywords: Hadi RəcəbliNaftalanMəhəmməd FüzuliAna səhifəAytən SəfərovaGöygöl (göl)PlanetXarıbülbülAzərbaycanXüsusi:AxtarAbbasqulu ağa BakıxanovGöygölGünəş sistemiQız qalasıMaşın öyrənməsiGöyçə gölüAvtomobilin tarixiXüsusi:SonDəyişikliklərNurlana Əliyeva (filoloq, 1946)BağlayıcıAzərbaycan əlifbasıTəbii fəlakətHeydər ƏliyevXarıbülbül (simvol)Əkinçi (qəzet)Aprel döyüşləriUlduzAyZərf (qrammatika)Köməkçi nitq hissələriFacebookNizami Gəncəviİkinci Qarabağ müharibəsiAzərbaycandakı ən yüksək dağ zirvələriTəyyarəBakıQərbi AzərbaycanFeilƏdat