Ön şəkilçi

(Ön şəkilçilər səhifəsindən istiqamətləndirilmişdir)

Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər.[1] Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir:[2][3]

Nümunələr

Ərəb-fars mənşəli

  • Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər
  • Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq
  • La- – inkarlıq bildirir.
  • Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə
  • Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik

Avropa mənşəli

  • a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal
  • anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir. Məsələn:səddən

biqəm – biqəmlik, biqərar – biqərarlıq

İstinadlar