Özkənd

Özkənd(qırğ. Өзгөн, özb. Ўзган, O'zgan) — Qaraxanlı dövlətinin paytaxtı olmuş, günümüzdə Qırğızistan sərhəd-sınırları içində olan tarixi şəhər.

Özkənd
Өзгөн
40°46′ şm. e. 73°18′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 9,2 km²
Mərkəzin hündürlüyü1.025 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 49.410 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi723600
Xəritəni göstər/gizlə
Özkənd xəritədə
Özkənd
Özkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Qırğızistanın cənub-qərbində Özbəkistan sərhəd-sınırına çox yaxın bir kəsimdə Qaradəryanın sağ tərəfində dəniz səviyəsindən 1012 m. yüksəklikdədir.

Tarixi

Müasir Qırğız dilində Özgön, Uzqen olaraq yazılan şəhərin adı İslam tarixi qaynaqlarında Yüzkənd, bəzən də Özcənt şəklində qeyd olunur. "Divanü lüğətit-Türk"ə görə Özkənd, Fərqanə qəsəbəsinin bir adıdır və "özümüzün şəhəri" anlamına gəlir[2].

Özkəndin içində olduğu Fərqanə hövzəsi tarixin ilk dövrlərindən etibarən Türkistan coğrafiyasının ən önəmli bölgələrindən biri olmuşdur. Qədim Çin qeydlərində Dayüan (böyük bağça) adıyla qeyd edilən Fərqanə vadisi Böyük Hun imperiyası zamanında Wusunlara yurd olmuşdu. Zamanla hunlara bağlandı. Ardından Ağhun dövlətinin sərhəd-sınırlarına daxil oldu. Daha sonra göytürklər və özəlliklə Qərbi Göytürk dövlətinin hakimiyət i altına girdi. Qarluqlar başda olmaq üzrə bir çox Türk boyunun köçlərinə səhnə oldu və əsas önəmini qaraxanlılar dönəmində qazandı. Bu arada Fərqanə ilə Özkənddə yerləşmiş olan Əzgişlərin onoxlardan olduğu, yəni Türgiş boylarından gəldiyi bilinir.

Bölgəyə İslam dininin ilk dəfə çatdığı dövrlərdə Fərqanə vadisinin şərqində İslamiyəti qəbul etməmiş türklərlə sərhəd-sınır durumundaydı. IX əsrin ortalarında Özkənddə Gür (Kür) Təgin adlı bir Türk bəyi hakim olaraq görünür. Özkənd, qədim türk şəhərlərinin ordu qalası ətrafında qədəməli şəkildə inkişaf etmiş durumunu əks etdirirdi. Ortaçağ İslam coğrafiyaçıları da Özkəndin digər müsəlman şəhərləri kimi qala, iç şəhər və xarici məhəllələr şəklində üç hissədən ibarət olduğunu qeyd edir.[3][4]

Ortaçağda önəmli coğrafi əsərlərdən "Hüdudül-aləm"də[4] bildirildiyinə görə Qarluq (Xallux) dağının arxasından çıxan Uzgənd ilə Kuba çayları şəhərin yaxınından keçirdi. "Zeynül-əxbar"da[5] isə Qaşqardan Özkəndə iki dağ arasından keçilərək gəlindiyi qeydlidir.

Qaraxanilər sülaləsi türbəsi

Qaraxanlı dövləti ikiyə ayrılandan sonra Böyük xaqan kimi tanınan Şərəfüddövlə ləqəbli Əbu Şüca Süleyman ibn Yusif mərkəzi BalasagunQaşqarı özünə saxlayıb, qardaşlarından Buğra xan Məhəmmədə Taraz ilə İsficabı, Mahmuda isə Arslan Tigin ləqəbiylə birlikdə ölkənin şərqini verdi. Qaraxanlı dövlətləri arasında sərhəd anlaşmazlığından döyüşlər davam edirdi. Şərqi Qaraxanlı dövlətinin paytaxtı Özkənd idi. İlk dövrlərdə şərqdən gələn köçəri türklər ölkə ərazisinə qəbul edildi və İslamiyyətə girmələri təmin edildi. Bu sırada Böyük Səlcuq dövləti güclənməkdəydi. Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdı.[6]

Əhalisi

Özkənd memarlıq kompleksi Qırğızıstanın milli valyutasında

Əhalinin sayı — 50,3 min nəfər (2011)

1 yanvar 2011-ci ilə görə Özkəndin milli tərkibi[7]
MillətSayıFaiz
Özbəklər45 56490,67%
Qırğızlar3 7987,56%
Uyğurlar3570,71%
Ruslar1990,40%
Türklər1290,26%
Tatarlar1080,21%
Taciklər460,09%
Qazaxlar80,02%
Ukraynalılar70,01%
Ermənilər30,01%
Çeçenlər10,00%
Litvalılar10,00%
Türkmənlər10,00%
başqa xalqlar310,06%
CƏMİ:50 253100,00%

Həmçinin bax

İstinadlar

Xarici keçidlər