Böyük Hun imperiyası

Böyük Hun İmperiyasıHiung-nu (çin. 匈奴; pinyin: Xiongnu) TürkiyəAzərbaycan Tarixşünaslığında Böyük Hun İmperiyası vəya Asiya Hun İmperiyası olaraq adı keçir.

İmperiya
Böyük Hun imperiyası
Bayraq
Bayraq
Ən böyük sərhədləri (Mete xan dövrü, E.ə. 209 — E.ə. 174)
Ən böyük sərhədləri (Mete xan dövrü, E.ə. 209 — E.ə. 174)
 
 
 
 
 

Ən böyük şəhərArxanqay
Rəsmi dilləriHun dili, Monqol dili
Dövlət diniTenqriçilik
Şamanizm
Ərazisi4,030,000 km^2
İdarəetmə formasıXaqanlıq
SülaləLuanti sülaləsi
Dövlət başçıları
Teqnri Qut (çincə: Tanhu/Şanyü)
 • E.ə. 220 — E.ə. 209Teoman Tanhu
Şanyü
 • E.ə. 209 — E.ə. 174Mete xan
 • E.ə. 174 — E.ə. 160Laoşan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etnik tərkibi

Əsas məqalə: Hunlar

Xunnu e.ə III əsrdən eramızın I əsrinə qədər Asiya çöl zonasını tutan köçəri tayfalardan ibarət olmuşdur. Çin mənbələrinə görə onlar e.ə 209-cu ildə Modun Şanyunun(Mete xan) başçılığı altında imperiya yaratmışdılar. Bu imperiya (e.ə 209–93) müasir Monqolustanın sərhədlərindən kənara çıxırdı. Eradan əvvəl II əsrdə özlərindən əvvəlki əsas qüvvə Yueçji-yə qalib gələndən sonra şərqi Asiya çöl zonası və mərkəzi Asiyada əsas güc halına gəldilər. Onlar Sibir, Monqolustan, daxili Monqolustan, Sintizyan, və Qansu ərazilərində aktiv idilər.

Xunnu dövlətinin əsas milli kimliyi bir çox fərziyələrə yol açmışdır, çünki çin mənbələrində çox az söz, titullar və şəxsi adlar qorunub qalmışdır. Xunnunun etnik tərkibi barədə alimlər multi etnik də daxil olmaqla,[1] monqol,[2] türki ,[3] yenisey ,[4][5] toxariyan, irani,[6][7]ural[8] təklifi irəli sürüblər.Xunnu adı Hunlarla əlaqəli ola bilər, amma bu sübut mübahisəlidir.[5][9]

Bayrağı

Böyük Hun İmperiyasının bayrağı bənövşəyi fon üzərində sarı Tengri təsvirindən ibarətdir. Hunların etnik bayrağında isə sarı zəmin üzərində əjdaha simvolu var idi. Sarı rəng qədim türk dövlətlərində "dünyanın mərkəzi"ni bildirir. Bayrağın üstündəki əjdaha türk mifalogiyasında güc, qüdrət kimi xüsusiyyətlərlə bircə bir sıra dağıdıcı təbiət hadisələrini təmsil edən şeytani bir varlıq olaraq görülmüşdür. Bundan əlavə Hun Hökmdarı Metenin əjdaha nəsildən gəldiyini deyən bəzi türk rəvayətləri də mövcuddur.[10]

e.ə II əsr Xunnu(Böyük Hun) dövləti və onun qonşuları

E. Ə 209-cu ildə, Xan sülaləsinin əsasının qoyulmasından 3 il sonra, yeni şanyu: Modun Şanyunun başcılığı altında Xunnu güclü bir konfederasiya halını aldı. Bu yeni siyasi birlik onları daha qorxulu dövlətə çevirdi , daha böyük orduların yaradılmasına və daha yaxşı strateji mövqelərdə məşqlər aparılmasına şərait yaratdı. Bu konfederasiyanın yaradılma səbəbi bilinmir. Xunnu ağır işlərdə qul əməyi kimi bir çox çin kənd təsərrüfatı texnikaları işlətməyə, çinlilər kimi ipək geyinməyə, və çin memarlıq üslubunda tikilmiş evlərdə yaşamağa başladı.[11] Hunlar hal-hazırkı Monqolustan ərazisində və Çinin şimali-qərbində həyatlarını davam etdirirdilər. İlk bilinən hökmdarları Mete şanyüdür. Çinlilər önünə keçə bilmədikləri hunların hücumlarının qarşısını almaq üçün "Böyük Çin Divarı" (Çin Səddi) ni inşa etmək məcburiyyətində qalmışlar. Bu tikili, günümüzdə hələ də bir dünya möcüzəsi olaraq qəbul edilməkdədir. Minq sülaləsi dövründə də yenilənən böyük divarın bir çox qismi sağlamlığı ilə günümüzdə hələ ayaqda qalmaqdadır.

Qurulması

Mərkəzi Asiyada yaranan ilk Türk dövləti olmamışdır. Burada Dinlin, Usun, Saka və s.dövlətlər olmuşdur. Hunlar 21 Türk tayfasının birləşməsindən yaranmışdır. Quruluşu haqqında tutarlı məlumatlar yoxdur. Qəbilə olaraq e.ə. 220-ci ildə Teoman(Tuman) tərəfindən qurulduğu qəbul edilir, çünki daha öncəki qəbilə başçıları haqda məlumat yoxdu. Teomandandan sonra qəbilə konfederasiyasını böyük bir imperatorluğa çevirən Mete şanyüdür. Köçəri bozqır tayfalarını toplayan Mete, İpək yoluna hakim olmaq üçün Çin ilə mübarizə aparmışdır. E.ə. 200-cü illərdə Xan sülaləsinə qalib gəlmişdi. Mete Peteng müharibəsində imperatoru pusquya saldı. 7 gün ac-susuz mühasirədə qalan imperator məcbur olub sülh bağladı. Sülhün şərtlərinə əsasən imperatorun qızı həmişə hun imperatoru ilə evlənəcəkdi.

Mete xaqan bundan sonra Çini sakit buraxsa da, hun tayfa başçıları hələ də hücumlara davam edirdilər. Bundan sonra qılınca əl atmadı. Çünki, ona baş əyməyən bir xalq qalmamışdı. O, eramızdan əvvəl 174-cü ildə vəfat etdi. Onun səltənəti düz üç yüz il-daxili qırğınlar ölkəni dağıdana qədər yaşadı. Metenin, Çini öz torpaqlarına birləşdirməyib, vergi almaq sürətiylə idarəetmə səbəbi, Çinin oturaq həyatı və siyasi təsirindən uzaq durmağa çalışması ilə izah olunur.

Metedən sonra

Metenin ölümündən sonra bir müddət daha gücünü qoruyan dövlət, Çinli şahzadələrlə evlənmə ənənəsi ilə Çinli şahzadələrin casusluq fəaliyyətləri, konfederasiya içindəki tayfalar arasındakı iqtidar mübarizələri, Çinin İpək yolu üzərində getdikcə siyasi nüfuzunu artırması kimi səbəblərlə e.ə. 46-cı ildə Hunlar Şərqi və Qərbi Hunlar adı ilə iki yerə ayrıldılar. Huxanye əyanların dəstəyi ilə üsyan qaldıraraq hakimiyyətə gəlmişdi. Əvvəlki adı Tsihouşan idi. Eramızdan əvvəl 57-ci ildə Hun dövlətində 5 tanhu var idi və hamısı hökmdarlığa iddialı idi. Çuki, Hüge, Utzsi, Yuydi özünü tanhu elan etmişdi. Bu şəxslərin hamısı Mete xaqanın ayrı qadınlardan olan nəvələridi idi. Çuki əvvəlcə Hüge, Utzsi və Yuydinin müttəfiq ordularına qarşı vuruşmağa başladı və məğlub olaraq qaçdı. Yuydi isə Huxanyeyə tabe olduğunu bildirdi. Digər tərəfdən general Li Linin oğlu Utszini şanyü elan etdi. Utszi öldürüldükdən sonra Huxanyenin yeni rəqibləri baş qaldırdı. Sünsün adlı hun generalı bir şahzadəni II Günçen şanyü adı ilə hökmdar elan etdi. Daha qərbdə isə Huxanyenin qardaşı Çiçi şanyü özünü hökmdar elan etdi. Çiçi və Günçen ittifaqa girərək Huxanyeni məğlub etdilər. Huxanye öz əyanları ilə qurultay çağırdı, amma əyanlar onun Çin vassallığını qəbul etməsi fikrinə etiraz etdilər. Hun generallarından biri İçjiçzı isə o dövrlərin geridə qaldığını Çinin artıq güclü olduğunu dedi. Huxanye onunla razılaşdı. Huxanye Çinə yola düşdü. 147 ildən sonra ilk dəfə idi ki, Çin imperatoru və tanhu görüşürdü. İmperator ona ordu və ərzaq verərək ölkəsinə göndərdi. Çiçi şanyü bu arada öz dövlətini qurmağa hazırlaşırdı. O, e.ə.36-cı ildə Tanrı dağının şimalını, İssık gölünün ətrafını və Orta Asiyanı tutdu, lakin elə Talas döyüşündə Çin ordusu Çiçini məğlub edərək başını kəsdi. Qərbi Hun dövlətinin paytaxtını tutdular,"ipək yolu" üzərində 50-yə qədər şəhəri talan etdilər.

Qərbi Hunlar, Çiçi idarəsi altında Talas'ın qərbinə hakim oldular. Ağhunların və Avropa Hunlarının qurulmasında əsas rol oynadılar. Qərb Hunluları'nın başında olan Çiçi'nin Çin'ə qarşı verdiyi mücadilədə qısa bir müddət sonra uğursuz olduğu görsənir. Bəlkə də ona görə ki, Çiçi, Çin ilə mücadilədə qədim bozqır müharibə taktikalarını bir kənara qoyaraq bir şəhər qurub oranı qala halına gətirərək müdafiə taktikasına üstünlük vermişdir. Bu onun özünün birinci xətasıdır. Məğlubiyyətində təsirli olan digər xəta isə əmri altında olan əsgərlərə çox sərt davranmasıdır.

Şərqi Hunlar Huxanye idarəçiliyində Talas'ın şərqində eramızın 48-ci ilinədək hökm sürdülər. Hakimiyyət uğrunda mübarizə nəticəsində, eramızın 48-ci ildə Cənub və Şimal Hunları olmaqla ikiyə ayrıldı. Şimal hunları Panu idarəçiliyində Monqol və Sibir düzənlikləri çevrəsində 156-cı ilədək davam etdi. Cənub hunları II Huxanye idarəçiliyində Uyğur hövzəsində və Çinə yaxın bölgələrdə 216-cı ilə qədər davam etdi. Şərqi Hunların şimal və cənub olaraq ikiyə ayrılmasının səbəbi; II Huxanyenin Panudan müstəqil olmaq istədiyidir.[12]

Cənub hunlarının ən son hökmdarı Huçuquan olmuşdur.

Başçıları

  • Teoman — Eradan əvvəl 220–209

Şanyülər

Şanyü adıŞəxsi adıillər
TeomanEradan əvvəl 220–209
Mete xaqanEradan əvvəl 209–174
LaoşanTitzuEradan əvvəl 174–161
GünçenEradan əvvəl 161–126
İçizEradan əvvəl 126–114
UveyEradan əvvəl 114–105
UşiluEradan əvvəl 105–102
SuylihuEradan əvvəl 102–101
ÇudihuEradan əvvəl 101–96
HuluquEradan əvvəl 96–85
HuyandiEradan əvvəl 85–68
Sülü ÇiançüEradan əvvəl 68–60
TutsitanEradan əvvəl 60–58
HuxanyeEradan əvvəl 58–31
FuculiEradan əvvəl 31–20
SouseEradan əvvəl 20–12
ÇüyyaEradan əvvəl 12–8
UçjulyuE.ə 8–13
Syan13–18
18–46
Udaydihu46
Panu46–52
II Huxanye48–55
Mo55–56
Xan56–59
Di59–63
Su63
Çjan63–85
Süan85–88
Tuntuhe88–93
Anqo93–94
Tunduşi94–98
Tan98–124
Ba124–128
Süli128–142
Duluçu143–147
Çüçür147–172
Tutejoşiçjuçzyu172–178
Xuçjen178–179
Çyançü (Qiyan sülaləsi)179–188
Yufuluo (Qiyan sülaləsi)188–195
Huçuquan (Qiyan sülaləsi və Luanti sülaləsi)195–215

Dövlət idarəçiliyi

Hun dövləti başında olan şəxs "Tanhu" ya da "Şanyü" olaraq çağırılırdı. Tanhu sözü bir ünvan olaraq "sonsuz genişlik" anlamına gəlməkdədir. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Hökmdarlığın tanrıdan keçdiyi görüşü vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Şanyünun vəzifəsi, ölkədə dirliyi sağlamaq, ədaləti gerçəkləştirmək, orduya rəhbərlik etmək, məclisi idarə etmək olaraq sıralana bilər. Vəliəhdlik sistemi ailə böyüklüyünə görə idi. Əgər şanyü öldükdə oğlu yetkin deyilsə taxta şanyünün qardaşı keçirdi. Bu qayda Huxanye dövründə dəyişdi. Şanyüdən sonra Sağ və Sol Müdrik şahzadələr gəlirdi. Sol Müdrik şahzadə əsasən bir sonrakı şanyü olurdu.[13] Sonrakı pillədə Sağ və Sol Qulilər, Sağ və Sol Dunqular, Sağ və Sol Kutular gəlirdi.

İmperiyanın qurulduğu ilk illərdə Şanyü Şansinin şimalında otururdu. Sol Müdrik şahzadə Pekinin şimalını, Sağ Müdrik şahzadə isə Şərqi Türkistana qədər olan ərazini idarə edirdi. Zəifləyəndən sonra isə şanyü Orxon çayı sahilində, Sol Müdrik şahzadə Kerulen sahilində, Sağ Müdrik şahzadə isə Uliastay şəhərində yaşayırdı.

Ordu

Hun ordusu ödənişli deyildi. Hun ordusunda qadın-kişi əsgər sayılır, hər an savaşa hazır gözlənilirdi (ordu-millət anlayışı). Hun ordusunun təməli atlı əsgərlərə dayanırdı. Ordu tümen sisteminə görə təşkilatlanmışdır (10.000 nəfər). İstifadə olunan silahlar: ox və yay idi. Yaxın döyüşdə qılınc, qarğı işlənirdi. Müharibə strategiyası; kəşfiyyat ve yıpratma savaşları olarak iki yerə ayrılırdı. Saxta geri çəkilmə və duran taktiki gedişləri istifadə etdiyi Çin mənbələrindən öyrənilməkdədir.

Hunların mənşəyi

Dilçilikdə ən böyük problemlərdən biri də hunların mənşəyi və dili olmuşdur. 200 ildən bəri davam edən bu mübahisələrdə E. H. Parker, Jan Pyer Abel-Remusat, Julius Klaprot, Kurakiçi Şiratori, Qustav Ramstedt, Annaamriya von Qabeyn və Omelyan Pritsak kimi alimlər Hunların Türklərin kökü olduğunu demişdilər.

Avropa hunları ilə əlaqə

Avropa hunları adlarının bənzərliyi, arxeolojik qazıntılarda çıxan sübutlar etibarilə Hunların davamçıları sayılırlar (匈 — Honq). Bu fikri ilk dəfə Fransız tarixçi de Guignes dilə gətirmişdir.

İranlılarla əlaqə

Əsas məqalə: İran dil qrupu

Harold Bailey 1985-ci ildə, Yanoş Harmatta isə 1999-cu ildə Hunların İran dillərindən birini danışdığını irəli sürmüşdü.

Yeniseylilərlə əlaqə

Əsas məqalə: Yenisey dilləri

Layoş Liqeti 1900-cü illərdə hunların Yenisey dillərində danışdığını irəli sürdü. 1960-cı illərdə Edvin Pulleyblank,2000-ci ildə isə Aleksandr Vrozin bu fikri dilə gətirdi.

Monqollarla əlaqə

Paul Pelliot və Biambin Rinçen Hunların tamamilə monqollardan ibarət olduğunu irəli sürmüşdü.[14] Hun monqol dilində "şəxs" mənasına gəlir. 2011-ci ildə isə Monqolustan Böyük Hun İmperiyasının qurulmasının 2220-ci ildönümünü qeyd etmişdi.

Qarışıq mənşə

Bir çox alim Hunların tək bir millət olmadığını, təkcə türklərin babalarından ibarət olmadığını düşünürlər.[15]

Yazı sistemi

Yinşan və Helanşanda eramızdan əvvəl 9000-ci illərdən qalma qaya yazıları, petroqliflər və rəsmlər qalmışdır. Kurqanlarda tapılan arxeoloji qazıntılara görə hunlar Orxon yazısına yaxın bir yazı sistemi istifadə edirdi.

[16]

İstinadlar