Üdgün

Zəngilan rayonunda kənd

ÜdgünAzərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.[1]

Üdgün
39°03′17″ şm. e. 46°41′29″ ş. u.
Ölkə Azərbaycan
RayonZəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü390 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Üdgün xəritədə
Üdgün
Üdgün

Tarixi

Üdgün kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Qarabağ və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. Yerli məlumata görə, kəndin keçmiş adı Güdgün olmuşdur. Türk dillərində üdd “köçmək, köçəri həyat sürmək” mənasındadır. Güman etmək olar ki, kəndin adı “köçgün” mənasında olub, gəlmə (Zərdab) oykonimi ilə sionimlik taşkil edir.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

İstinadlar