Ülvi Alışov
Ülvi İlham oğlu Alışov (11 yanvar 2000, Həziabad, Cəlilabad rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Ülvi Alışov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 2000 |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020 (20 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Çavuş |
Döyüşlər | İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Həyatı
Ülvi Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub.[1] Subay idi.
Hərbi xidməti
Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
- (15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
- (25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[5]