Çavuş

hərbi rütbə

Çavuş[1] və ya serjant[2] — bir çox dövlətlərin silahlı qüvvələrində aşağı komanda heyətində rütbə.[2] Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir.[1]

Çavuş poqonu (Azərbaycan Quru Qoşunları)

İlk dəfə XV əsrdə Fransa ordusunda meydana çıxmışdır. Rusiya ordusunda XVII əsrdən, Sovet Ordusunda 1940-cı ildən tətbiq olunmuşdur.[2]

Etimologiya

"Çavuş" sözü birbaşa qədim türk dilindən gəlmiş, "bağırqan" deməkdir. Bu, qədim dövrlərdə türk ordularında müxtəlif hərbi və inzibati zabitlərə verilən ad idi. Bu söz qədim türkcədə yazılı nümunəsi olmayan "*çav-" – "çağırmaq, səslənmək" kökündən və qədim türkcədə "+Iş" şəkilçisi ilə əmələ gəlmişdir. Kaşğari "Divanü Lüğat-it-Türk" əsərində sözün izahını "döyüşdə qoşunları nizam-intizamda saxlayan və onların əldən çıxmasının qarşısını alan zabit" kimi vermişdir.[3]

Serjant sözü fransız dilindəki "sergent" sözündən gəlmişdir. Bu söz də öz növbəsində latınca "xidmətçi" mənasını verən "serviens" sözündən törəmişdir.[2]

İstinadlar

Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.