Ümum-Rusiya Müəssislər Məclisi

Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir.

Ümumrusiya Müəssislər Məclisi
Всероссийское Учредительное собрание
De-yure 10 iyul 1918-ci ilə qədər Rusiyanın gerbi olaraq qalan iki başlı qartal. Məclisin ləğv edilməsindən əvvəl rəsmi olaraq istifadə edilməmişdir.
Ümumi məlumatlar
NövüMüəssislər məclisi
Ləğv olunma tarixi1918
İdarə heyəti
Müəssislər Məclisinin sədriViktor Çernov
18–19 yanvar 1918 tarixindən
Quruluşu
Üzvlərin sayı767
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seçki nəticələri

Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir.[1] Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir.[2] Seçkinin nəticələri belə idi:

PartiyaSəslər [3]%
Sosialist inqilabçılar ("eserlər")17,943,00040.4%
Bolşeviklər10,661,00024.0%
Ukrayna eserləri3,433.0007.7%
Konstitusiyalı Demokratiya Partiyası ("Kadetlər")2,088,0004.7%
Menşeviklər1,144.0002.6%
Rusiyadakı digər liberal partiyalar1,261,0002.8%
Gürcüstan Menşevik Partiyası662,0001.5%
Müsavat (Azərbaycan)616,0001.4%
Daşnaksutyun (Ermənistan)560,0001.3%
Sol eserlər451,0001.0%
Digər sosialistlər401,0000.9%
Alaş Orda (Qazaxıstan)407,0000.9%
Milli azlıqların digər partiyaları407,0000.9%
Ümumi (sayılan səslərin)40,034,00090%
Sayılmayan səslər4,543,00010%
Ümumi44,577,000100%

İstinadlar

Əlavə ədəbiyyat