İçəri Müşlan

Kənd

İçəri MüşlanAzərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.[1]

İçəri Müşlan
39°04′33″ şm. e. 46°42′04″ ş. u.
Ölkə Azərbaycan
RayonZəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü409 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
İçəri Müşlan xəritədə
İçəri Müşlan
İçəri Müşlan

Tarixi

İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olmuşdur. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, ic Muşlan" deyilmışdir.[2]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

Mədəniyyəti

1 orta məktəb (Soltan Qardaşov adına), 1 kitabxana, 1 uşaq bağçası var.

Coğrafiyası və iqlimi

Kənd Oxçuçayın sahilində yerləşir. Məlikli, TatarZəngilan kəndləri ilə həmsərhəddir. Şirin sulu bulaqları və təbii bitki örtüyü var.

Əhalisi

Əhalisinin 80%-dən çoxu ali təhsillidir.

İqtisadiyyatı

Əhalisi əkinçilik, heyvandarlıqla məşğul olur.

İstinadlar