İbrahim Mollayev

İbrahim Mollayev( tam adı:Mollayev İbrahim Abbas oğlu;v. 25 fevral 1997) — pedaqoq,Pedaqogika elmləri doktoru,professor[1]

İbrahim Mollayev
Mollayev İbrahim Abbas oğlu
Doğum tarixi
Doğum yeriAzərbaycan SSR,Naxçıvan Sovet Muxtar Respublikası,Naxçıvan
Vəfat tarixi (66 yaşında)
Vəfat yeriNaxçıvan şəhəri
VətəndaşlığıAzərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
Elm sahəsiPedaqogika
Elmi dərəcəsiPedaqogika elmləri doktoru
Elmi adıProfessor
TəhsiliNaxçıvan Müəllimlər İnstitutu,Azərbaycan Pedaqoji İnstitutu
Elmi rəhbəriƏhməd Seyidov

Həyat

Mollayev İbrahim Abbas oğlu 1 aprel 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Vəfatı

25 fevral 1997-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.

Təhsili

Naxçıvan Müəllimlər İnstitutunu,1953-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir.

Fəaliyyəti

Pedaqoji fəaliyyəti

1953-67-ci illərdə Naxçıvan şəhər orta məktəblərində müəllim, tədris işləri üzrə direktor müavini, Naxçıvan MSSR Maarif Nazirliyində məktəb inspketoru işləmişdir. 1968-ci ildən ömrünün sonunadək (1997) Naxçıvan Dövlət Universitetində çalışmış,pedaqogikapsixologiya kafedrasının müdiri olmuşdur.

Yaradıcılığı

Elmi yaradıcılığı

Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın, 4 kitabın, 100-ə yaxın elmi məqalənin, 8 metodik vəsaitin müəllidir. Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığını ilk dəfə tədqiq edib.1986-cı ildə Pedaqogika elmləri doktoru, 1988-ci ildə professor adına alıb.

Əsərləri

  • M.T.Sidqinin pedaqoji görüşləri, Bakı,1997.

Təltif və mükafatları

  • Azərbaycan Respublikasının qabaqcıq maarif xadimi

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 325. ISBN 5-8066-1468-9.

İstinadlar