UEFA Avro 2020

UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 – Avropanın ali futbol qurumu olan, Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil edilən sayca 16-cı turnirdir

UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan, Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir.[1]Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu.

UEFA Avro 2020
Yarış məlumatları
Ev sahibi şəhərAmsterdamNiderland Niderland
BakıAzərbaycan Azərbaycan
BudapeştMacarıstan Macarıstan
BuxarestRumıniya Rumıniya
KopenhagenDanimarka Danimarka
QlazqoŞotlandiya Şotlandiya
Londonİngiltərə İngiltərə
MünhenAlmaniya Almaniya
Romaİtaliya İtaliya
Sankt-PeterburqRusiya Rusiya
Sevilyaİspaniya İspaniya
Tarix11 iyun — 11 iyul 2021
Başlama tarixi11 iyun 2021
Bitmə tarixi11 iyul 2021
Komanda sayı24
Stadion sayı11 (11 ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion İtaliya (2-ci titul)
İkinci İngiltərə
Yarış statistikası
Oyun sayı50
Qol sayı140 (matç başına: 2.8)
Tamaşaçı sayı1032105 matç başına: 20642
Mükafat sahibləri
Bombardir(lər)5 qol:
Portuqaliya Kriştiano Ronaldo
Çexiya Patrik Şik
Ən yaxşı oyunçuİtaliya Canluici Donnarumma
Ən yaxşı gənc oyunçuİspaniya Pedri
2016
2024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı.

UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü.

Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi.[2]

Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi.[3] Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi. Turnirin açılış matçı Roma Olimpiya Stadionunda İtaliyaTürkiyə milliləri arasında keçirildi və İtaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Məkanların seçim prosesi

Bir çox ölkələr Avro 2020-ni keçirməkdə maraqları olduğunu bildirdiyi ərəfələrdə[4][5][6] UEFA prezidenti Mişel Platini 30 iyun 2012-ci ildə – Avro 2012 finalından bir gün öncə mətbuat konfransında önəmli bir təklifini irəli sürmüşdü. Belə ki, o turniri yalnız bir ölkədə keçirmək yerinə, qitənin 12–13 şəhərində keçirilə biləcəyini demişdi.[7] Həmin vaxt, UEFA buna oxşar bir sistemi 17 yaşlılar arasında Avropa Çempionatının elit raundunda tətbiq edirdi.

Format qərarı

6 dekabr 2012-ci ildə çempionatın 60 illiyi ilə əlaqədar olaraq UEFA turnirin müxtəlif ölkə və şəhərlərdə keçiriləcəyini bildirir.[8][9] Avropada bu qərar birmənalı qarşılanmır və çoxlu tənqid ilə qarşılanır. Tənqidçilərin çoxu bu qərarın həmin vaxt Avropada olan iqtisadi böhranla əlaqələndirir. Mişel Platini isə, jurnalistlərlə göruşdə turnirin ev sahibliyi üçün təkcə Türkiyənin ciddi bir təklif verdiyini qeyd edir.[10]

Təklif edilən məkanlar

ÖlkəŞəhərYerTutumu
AzərbaycanBakıBakı Olimpiya Stadionu68700
BelarusMinskDinamo stadionu34000 (39000-ə qədər artırılmalı idi)
BelçikaBrüsselYeni Milli Stadion fikirləşilirdi50000 (potensial olaraq 62000)
BolqarıstanSofiyaVasil Levski Stadionu43000 (50000-ə qədər artırılmalı idi)
DanimarkaKopenhagenParken stadionu38065
İngiltərəLondonUembli stadionu90000
AlmaniyaMünhenAllianz Arena75000
MacarıstanBudapeştPuşkaş Arena67215
İrlandiyaDublinAviva stadionu51700
İsrailYerusəlimTeddi stadionu34000 (53000-ə qədər artırılmalı idi)
İtaliyaRomaOlimpiya Stadionu72698
MakedoniyaSkopyeToşe Proeski stadionu33460
HollandiyaAmsterdamYohan Kroyf Arena54990 (56000-ə qədər artırılacaq)
RumıniyaBuxarestBuxarest Milli Arenası55600
RusiyaSankt-PeterburqYeni Zenit Stadionu69500
ŞotlandiyaQlazqoHempden Park52063
İspaniyaBilbaoSan Mames stadionu53332
İsveçSolna, StokholmFrends Arena50000
UelsKardiffMillennium Stadionu74500

Seçilən stadionlar

London Münhen Roma Bakı
Uembli stadionuAllianz ArenaRoma Olimpiya StadionuOlimpiya Stadionu
Tutum: 90000Tutum: 75000Tutum: 72698Tutum: 68700
Sankt-Peterburq Budapeşt
Yeni Zenit StadionuPuşkaş Arena
Tutum: 68134Tutum: 67889
Buxarest Amsterdam
Buxarest Milli ArenasıYohan Kroyf Arena
Tutum: 55600Tutum: 54990
Sevilya Qlazqo Kopenhagen
La Kartuja stadionuHempden ParkParken stadionu
Tutum: 60000Tutum: 52063Tutum: 38065

London istisna olmaqla digər bütün şəhərlər üç qrup mərhələsi və bir 1/8 və ya 1/4 Final matçına ev sahibliyi etdi. Oyunların bölüşülməsi aşağıdakı kimidir:

Şəhərlərin hansı qrupların matçlarına ev sahibliyi edəcəyi 7 dekabr 2017-ci ildə müəyyənləşir. Həm iştirakçı həm də ev sahibi olan komandalar ən azı 2 oyunu öz ölkəsində oynayır:

Kvalifikasiya

Turnirin final mərhələsində heç bir komanda birbaşa oynamaq hüququ qazanmır. 55 milli komandanın hamısı təsnifat mərhələsində Avro 2020-də oynamaq üçün mübarizə aparırdı.

Turnirin seçmə mərhələsinin püşkü 2 dekabr 2018-ci ildə Dublin Konqres Mərkəzində atılır.[11]

Təsnifat mərhələsinin oyunları 2018 FİFA Dünya Kubokundan sonra – sentyabr ayında başlayacağı planlaşdırılsada, seçmə mərhələ oyunları 2019-cu ilin martında başlayır. Turnirin seçim formatı 2016-cı ildəkindən azacıq fərqlənirdi. Ənənəvi olaraq 55 komandadan 24-ü final mərhələsində iştirak haqqı qazanacaqdı, lakin ötən seçmə mərhələlərdən fərqli olaraq onların 20-si buradan qatıla bilərdi. Yerdə qalan 4 yerin sahibi sonradan müəyyənləşəcəkdi. Kosovonun 2016-cı ilin mayında üzvlüyü UEFA-da qəbul edildikdən sonra seçmə mərhələnin formatı daha da dəqiqləşir. Belə ki, UEFA Millətlər Liqasının bitməsindən sonra, 10 qrupun olduğu və hər qrupdan ilk iki komandanın turnirin final mərhələsində oynama imkanı qazanacağı dəqiqləşir. Seçmə mərhələnin matçları 2019-cu ilin mart, iyun, sentyabr, oktyabr və noyabr aylarında oynanılır.[12]

UEFA Milli komandalara, UEFA Millətlər Liqası vasitəsilə də turnirdə iştirak etmə şansı verir. Belə ki, hər diviziyadan seçmə mərhələdən turnirə qatıla bilməyən bir milli komanda bu şansdan yararlana bilər. Əvvəlcə diviziyanın özündə play-off matçları oynanılmalıdır. Diviziyaların daxilindəki 4 qrupun liderləri öz aralarında oynayaraq qalibi müəyyənləşdirməlidirlər. Bu oyunların 2020-ci ilin martında oynanılması planlaşdırlırdı. Oyunlar 2 yarımfinal və final matçından ibarətdir.[13]

İştirakçı Komandalar

Hal-hazırda iştirakı dəqiqləşən 20 komandanın 17-si Avro 2016-da da iştirak etmişdi. Onların arasında Belçika və İtaliya milliləri seçmə mərhələdə bütün matçlarını qələbə ilə başa vuraraq fərqlənirlər.[14][15] Son Avropa çempionu Portuqaliya və son dünya çempionu Fransa milliləri də iştirakçılar arasındadır. FinlandiyaŞimali Makedoniya milliləri tarixində ilk dəfə Avropa Çempionatında iştirak edəcək.[16] Köhnə çempionlardan yalnız Yunanıstan millisi turnirdə iştirak edə bilməyəcək. Onlar ardıcıl 2-ci dəfədir ki Avropa Çempionatında iştirak etməyəcəklər.[17]

Turnirə ev sahibliyi edəcək 12 ölkədən doqquzunun milli komandası turnirdə iştirak hüququ əldə edir.

Komanda[upper-alpha 1]Necə vəsiqə qazandı?Rəsmiləşməsiİştirak etdikləri illər[upper-alpha 2]
 BelçikaI qrupu birincisi10 oktyabr 20195 (1972, 1980, 1984, 2000, 2016)
 İtaliyaJ qrupu birincisi12 oktyabr 20199 (1968, 1980, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016)
 Rusiya[upper-alpha 3]I qrupu ikincisi13 oktyabr 201911 (1960, 1964, 1968, 1972, 1988, 1992, 1996, 2004, 2008, 2012, 2016)
 PolşaG qrupu birincisi13 oktyabr 20193 (2008, 2012, 2016)
 UkraynaB qrupu birincisi14 oktyabr 20192 (2012, 2016)
 İspaniyaF qrupu birincisi15 oktyabr 201910 (1964, 1980, 1984, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016)
 FransaH qrupu birincisi14 noyabr 20199 (1960, 1984, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016)
 TürkiyəH qrupu ikincisi14 noyabr 20194 (1996, 2000, 2008, 2016)
 İngiltərəA qrupu birincisi14 noyabr 20199 (1968, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2012, 2016)
 Çexiya[upper-alpha 4]A qrupu ikincisi14 noyabr 20199 (1960, 1976, 1980, 1996, 2000, 2004, 2008, 2012, 2016)
 FinlandiyaJ qrupu ikincisi15 noyabr 20190 (debüt)
 İsveçF qrupu ikincisi15 noyabr 20196 (1992, 2000, 2004, 2008, 2012, 2016)
 XorvatiyaE qrupu birincisi16 noyabr 20195 (1996, 2004, 2008, 2012, 2016)
 AvstriyaG qrupu ikincisi16 noyabr 20192 (2008, 2016)
 NiderlandC qrupu ikincisi16 noyabr 20199 (1976, 1980, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012)
 AlmaniyaC qrupu birincisi16 noyabr 201912 (1972, 1976, 1980, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016)
 PortuqaliyaB qrupu ikincisi17 noyabr 20197 (1984, 1996, 2000, 2004, 2008, 2012, 2016)
  İsveçrəD qrupu birincisi18 noyabr 20194 (1996, 2004, 2008, 2016)
 DanimarkaD qrupu ikincisi18 noyabr 20198 (1964, 1984, 1988, 1992, 1996, 2000, 2004, 2012)
 UelsE qrupu ikincisi19 noyabr 20191 (2016)
MacarıstanPley Off qalibləri12 oyabr 20203 (1964, 1972, 2016)
Slovakiya1 (2016)
Şotlandiya2 (1992, 1996)
Şimali Makedoniyadebüt

Koronavirus pandemiyası və tarixin dəyişdirilməsi

2019-cu ilin dekabr ayından Çindən başlayaraq yayılan CoVID-19 virusunun Avropada yayılması futboldan da yan keçmədi. Mart ayından başlayaraq Avropa ölkələrinin daxili futbol çempionatlarının, o cümlədən Çempionlar Liqası və Avropa Liqasını oyunlarının təxirə salınması UEFA Avro 2020-nin də təxirə salınmasını gündəmə gətirdi. Bu məqsədlə 17 mart 2020-ci ildə UEFA-nın iclası keçirildi. Pandemiyanın yayılmasının qarşısının alınması və ölkə çempionatlarının yekunlaşdırılmasına şərait yaratmaq üçün çempionat 2021-ci ilə qədər təxirə salındı. Çempionatdan əlavə, çempionatın martda keçirilməsi nəzərdə tutulan pley-off matçları da qeyri-müəyyən müddətə qədər təxirə salındı.

Turnirin Formatı

Turnirin final hissəsində Avropanın 24 milli komandası iştirak edir. Bu komandalar hər birində dörd komanda olmaqla altı qrupa bölünür.

"Pley-off"a (1/8 final) qruplarda birinci və ikinci yeri tutmuş komandalar, eləcə də öz qruplarında üçüncü yeri tutanlar sırasından dörd ən yaxşı komanda yüksəlir. Bu mərhələdən başlayaraq məğlub olan komandalar turniri tərk edir.

Final turnirinin oyun qrafiki

Qrup mərhələsi

Çərşənbə axşamı, 22 iyun

D qrupu: Çex Respublikası — İngiltərə (23:00, London), D qrupu: Xorvatiya — Şotlandiya (23:00, Qlazqo)


Çərşənbə, 23 iyun

E qrupu: Slovakiya — İspaniya (20:00, Bilbao), E qrupu: İsveç — Polşa (20:00, Dublin), F qrupu: Almaniya — Macarıstan (23:00, Münhen), F qrupu: Portuqaliya — Fransa (23:00, Budapeşt)


Qeyd: Hər qrupda ilk iki yeri tutan komanda və üçüncü yeri tutanlar arasında dörd ən yüksək göstəricisi olan komanda növbəti mərhələyə keçir.Oyunların başlama saatları Bakı vaxtı ilə göstərilibİstirahət günləri: 24 və 25 iyun


1/8 final mərhələsi

Şənbə, 26 iyun

1: A qrupunun 2-cisi — B qrupunun 2-cisi (20:00, Amsterdam)

2: A qrupunun 1-cisi — C qrupunun 2-cisi (23:00, London)


Bazar günü, iyun 27

3: C qrupunun 1-cisi — D/E/F qrupunun 3-cüsü (20:00, Budapeşt)

4: B qrupunun 1-cisi — A/D/E/F qrupunun 3-cüsü (23:00, Bilbao)


Bazar ertəsi, 28 iyun

5: D qrupunun 2-cisi — E qrupunun 2-cisi (20:00, Kopenhagen)

6: F qrupunun 1-cisi — A/B/C qrupunun 3-cüsü (23:00, Buxarest)


Çərşənbə axşamı, 29 iyun

7: D qrupunun 1-cisi — F qrupunun 2-cisi (20:00, Dublin)

8: E qrupunun 1-cisi — A/B/C/D qrupunun 3-cüsü (23:00, Qlazqo)


İstirahət günləri: 30 iyun və 1 iyul


1/4 final mərhələsi

Cümə günü, 2 iyul

1-ci 1/4 final: 6-cı cütün qalibi — 5-ci cütün qalibi (20:00, Sankt Peterburq)

2-ci 1/4 final: 4-cü cütün qalibi — 2-ci cütün qalibi (23:00, Münhen)


Şənbə, 3 iyul

3-cü 1/4 final: 3-cü cütün qalibi — 1-ci cütün qalibi (20:00, Bakı)

4-cü 1/4 final: 8-ci cütün qalibi — 7-ci cütün qalibi (23:00, Roma)


İstirahət günləri: 4 və 5 iyul

Yarımfinal mərhələsi

Çərşənbə axşamı, 6 iyul

1-ci yarımfinal: 2-ci 1/4 finalın qalibi — 1-ci 1/4 finalın qalibi (23:00, London)


Çərşənbə, 7 iyul

2-ci yarımfinal: 4-cü 1/4 finalın qalibi — 3-cü 1/4 finalın qalibi (23:00, London)

İstirahət günləri: 8, 9, 10 iyul


Final

Bazar günü, 11 iyul

1-ci yarımfinalın qalibi — 2-ci yarımfinalın qalibi (23:00, London)[18]

Hakimlər

21 aprel 2021-ci ildə UEFA turnirdə iştirak edəcək 19 hakim briqadasını elan edir[19]. Onların sırasına UEFA ilə KONMEBOL arasında hakimlərin mübadiləsi proqramı çərçivəsində Avropa çempionatında iştirak etmək üçün Argentinanı təmsil edən hakim Fernando Rapallini və onun köməkçiləridə daxil ediilir[20].

Hakim briqadaları

Refereeing teams
ÖlkəBaş hakimHakim köməkçiləri
AlmaniyaFelix BrychMark Borsch Stefan Lupp
TürkiyəCüneyt ÇakırBahattin Duran Tarık Ongun
İspaniyaCarlos del Cerro GrandeJuan Carlos Yuste Jiménez Roberto Alonso Fernández
İveçAndreas EkbergMehmet Culum Stefan Hallberg
İsrailOrel GrinfeldRoy Hassan Idan Yarkoni
RumıniyaOvidiu HațeganSebastian Gheorghe Radu Ghinguleac
RusiyaSergey KarasevIgor Demeshko Maksim Gavrilin
RumıniyaIstván KovácsVasile Marinescu Ovidiu Artene
NiderlandBjörn KuipersSander van Roekel Erwin Zeinstra
NiderlandDanny MakkelieHessel Steegstra Jan de Vries
İspaniyaAntonio Mateu LahozPau Cebrián Devís Roberto Díaz Pérez del Palomar
İngiltərəMichael OliverStuart Burt Simon Bennett
İtaliyaDaniele OrsatoAlessandro Giallatini Fabiano Preti
ArgentinaFernando RapalliniJuan Pablo Belatti Diego Bonfá
AlmaniyaDaniel SiebertJan Seidel Rafael Foltyn
PortuqaliyaArtur Soares DiasRui Tavares Paulo Soares
İngiltərəAnthony TaylorGary Beswick Adam Nunn
FransaClément TurpinNicolas Danos Cyril Gringore
SloveniyaSlavko VinčićTomaž Klančnik Andraž Kovačič

VAR hakimləri

ÖlkəVideo Köməkçi hakimlərOfsayd VAR hakimləri
İngiltərəStuart Attwell Chris KavanaghLee Betts
FransaJérôme Brisard François LetexierBenjamin Pagès
AlmaniyaBastian Dankert Christian Dingert Marco FritzChristian Gittelmann
İtaliyaMarco Di Bello Massimiliano Irrati Paolo ValeriFilippo Meli
NiderlandKevin Blom Pol van Boekel
PolşaPaweł Gil
PortuqaliyaJoão Pinheiro
İspaniyaAlejandro Hernández Hernández Juan Martínez Munuera José María Sánchez MartínezÍñigo Prieto López de Cerain

Dəstək hakimləri

ÖlkəDörduncu hakimEhtiyat köməkçi hakim
BolqarıstanGeorgi KabakovMartin Margaritov
FransaStéphanie FrappartMikaël Berchebru
İtaliyaDavide MassaStefano Alassio
PolşaBartosz FrankowskiMarcin Boniek
SerbiyaSrđan JovanovićUroš Stojković
İsveçrəSandro SchärerStéphane De Almeida

Qrup mərhələsi

A qrupu

Əsas məqalə UEFA Avro 2020 A qrupu

KomandaOQHUQTQQQFXalTəsnifat
1  İtaliya (H)330070+79Birbaşa Pley-offa vəsiqə qazanır
2  Uels311132+14
3   İsveçrə311145−14Pley-offa vəsiqə qazana bilər
4  Türkiyə300318−70
11 iyun 2021 (2021-06-11)
21:00
Türkiyə  0-3
Hesabat
 İtaliya
QollarMerih Demiral 53 (aq)

Çiro İmmobile 66

Lorenzo İnsine 79
Olimpiko, Roma
Tamaşaçı: 12916
Hakim: Daniel Makkieli (Niderland)
16 iyun 2021 (2021-06-16)
18:00 (20:00 UTC+4)
Uels  1-1
Hesabat
  İsveçrə
Mur 70QollarEmbolo 42
Olimpiya Stadionu, Bakı
Tamaşaçı: 8782
Hakim: Kleman Türlen (Fransa)

16 iyun 2021 (2021-06-16)
18:00
Türkiyə  0-2
Hesabat
 Uels
QollarAaron Remzi  42' Konnor Roberts  90+5'
Olimpiya Stadionu, Bakı
Tamaşaçı: 19 762
Hakim: Artur Soares Dias Portuqaliya
16 iyun 2021 (2021-06-16)
21:00
İtaliya  3-0
Hesabat
  İsveçrə
Manuel Lokatelli  26'  52' Çiro İmmobile  88'Qollar
Olimpiko, Roma
Tamaşaçı: 12 445
Hakim: Sergey Karasev Rusiya

20 iyun 2021 (2021-06-20)
18:00 (20:00 UTC+4)
İsveçrə   3-1
Hesabat
 Türkiyə
Xerdan Şaqiri  26' (68) Haris Səfəroviç  6'Qollarİrfan Kahveçi  6'
Olimpiya Stadionu, Bakı
Tamaşaçı: 17 138
Hakim: Slavko Vinçiç Sloveniya
20 iyun 2021 (2021-06-20)
18:00
İtaliya  1-0
Hesabat
 Uels
Matteo Pessina  39'Qollar
Olimpiko, Roma
Tamaşaçı: 11 541
Hakim: Ovidlu Hategan Rumıniya

B qrupu

Əsas məqalə UEFA Avro 2020 B qrupu

KomandaOQHUQTQQQFXalTəsnifat
1  Belçika330071+69Birbaşa Pley-offa vəsiqə qazanır
2  Danimarka (H)310254+13
3  Finlandiya310213−23Pley-offa vəsiqə qazana bilər
4  Rusiya (H)310227−53
12 iyun 2021 (2021-06-12) (18:00)
Danimarka  0-1
Hesabat
 Finlandiya
QollarJoel Pohjanpalo  40'
Parken Stadionu, Kopenhagen
Tamaşaçı: 15200
Hakim: Entoni Teylor İngiltərə
12 iyun 2021 (2021-06-12) (21:00 UTC+3)
Belçika  3-0
Hesabat
 Rusiya
Romelu Lukaku  10'88' Tomas Menuer  34'Qollar
Yeni Zenit Stadionu, Sankt-Peterburq
Tamaşaçı: 26264
Hakim: Antonio Laos İspaniya

16 iyun 2021 (2021-06-16) (15:00 UTC+3)
 Finlandiya0-1
Hesabat
 Rusiya
QollarMirançuk  45+2'
Yeni Zenit Stadionu, Sankt-Peterburq
Tamaşaçı: 24540
Hakim: Daniel Makkielli Niderland
17 iyun 2021 (2021-06-17) (18:00)
Danimarka  }1-2
Hesabat
 Belçika
Yusu Polusen  2'QollarTorgan Hazard  55' Kevin De Bruyne  70'
Parken Stadionu, Kopenhagen
Tamaşaçı: 23 395
Hakim: Bjorn Kuipers Niderland

21 iyun 2021 (2021-06-21) (21:00)
 Rusiya1-4
Hesabat
Danimarka 
Artyom Dzyuba  70' (pen.)QollarDamsgaard  38' Yussuf Poulsen  59' Kristensen  79' Məhle  82'
Parken Stadionu, Kopenhagen
Tamaşaçı: 23 644
Hakim: Klement Trupin Fransa
21 iyun 2021 (2021-06-21) (21:00 UTC+3)
Finlandiya  0-2
Hesabat
 Belçika
QollarLukas Hradeçki (a.q)  74' Romelu Lukaku  81'
Yeni Zenit Stadionu, Sankt-Peterburq
Tamaşaçı: 18 545
Hakim: Feliks Briç Almaniya

C qrupu

Əsas məqalə UEFA Avro 2020 C qrupu

KomandaOQHUQTQQQFXalTəsnifat
1  Niderland (H)330082+69Birbaşa Pley-offa vəsiqə qazanır
2  Avstriya320143+16
3  Ukrayna310245−13Pley-offa vəsiqə qazana bilər
4  Şimali Makedoniya300328−60
13 iyun 2021 (2021-06-13) (18:00)
 Avstriya3-1
Hesabat
 Şimali Makedoniya
Lainer  18' Qriqoritç  78' Arnautoviç  89'QollarQoran Pandev  40'
Arena Nationala, Buxarest
Tamaşaçı: 9082[21]
Hakim: Andreas Ekberg, İsveç
13 iyun 2021 (2021-06-13) 21:00
Niderland  3-2
Hesabat
 Ukrayna
Veynaldum  52' Veqhorst  59' Dumfris  85'QollarYarmolenko  75' Yaremçuk  79'
Yohan Kroyf Arena, Amsterdam
Tamaşaçı: 15376 [22]
Hakim: Feliks Briç (Almaniya)

17 iyun 2021 (2021-06-17) 15:00 (16:00 UTC+3)
Ukrayna  2-1
Hesabat
 Şimali Makedoniya
Yarmolenko  29' Yaremçuk  33Y'QollarAlioski  57'
Arena Nationala, Buxarest
Tamaşaçı: 10 001
Hakim: Fernando Rapallini Argentina
17 iyun 2021 (2021-06-17) 21:00
Niderland  2-0
Hesabat
 Avstriya
Memfis Depay  11' Denzel Dyumfris  67'Qollar
Yohan Kroyf Arena, Amsterdam
Tamaşaçı: 15 243
Hakim: Orel Grinfeld İsrail

21 iyun 2021 (2021-06-21) 18:00
Şimali Makedoniya  0-3
Hesabat
 Niderland
Memfis Depay  20' Viynaldum  50' (58)Qollar
Yohan Kroyf Arena, Amsterdam
Tamaşaçı: 15 227
Hakim: İstvan Kovaca Rumıniya
21 iyun 2021 (2021-06-21) 18:00 (19:00 UTC+3)
Ukrayna  0-1
Hesabat
 Avstriya
QollarBaumgartner  21'
Arena Nationala, Buxarest
Tamaşaçı: 10 472
Hakim: Cüneyt Çakır Türkiyə

D qrupu

Əsas məqalə UEFA Avro 2020 D qrupu

KomandaOQHUQTQQQFXalTəsnifat
1  İngiltərə (H)321020+27Birbaşa Pley-offa vəsiqə qazanır
2  Xorvatiya311143+14
3  Çexiya311132+14Pley-offa vəsiqə qazana bilər
4  Şotlandiya (H)301215−41
13 iyun 2021 (2021-06-13) 15:00 (14:00 UTC+1)
İngiltərə  1–0
Hesabat
 Xorvatiya
Sterlinq  57'Qollar
Uembli stadionu, London
Tamaşaçı: 18,497[23]
Hakim: Daniel Orsato (İtaliya)
14 iyun 2021 (2021-06-14) 15:00 (14:00 UTC+1)
Şotlandiya  0-2
Hesabat
 Çexiya
QollarPatrik Şik  42'  52'
Hampden Park, Qlazqo
Tamaşaçı: 9842 [24]
Hakim: Daniel Siebert (Almaniya)

18 iyun 2021 (2021-06-18) 18:00 (17:00 UTC+1)
Xorvatiya  1-1
[1]
 Çexiya
İvan Perişiç  47'QollarPatrik Şik  pen.' (37)
Hampden Park, Qlazqo
Tamaşaçı: 5 607[25]
Hakim: Karlos del Cerro Grande İspaniya
18 iyun 2021 (2021-06-18) 21:00 (20:00 UTC+1)
İngiltərə  0-0
Hesabat
 Şotlandiya
Uembli stadionu, London
Tamaşaçı: 20 306[26]
Hakim: Antonio Mateu Lahoz İspaniya

22 iyun 2021 (2021-06-22) 21:00 (20:00 UTC+1)
Xorvatiya  3-1
Hesabat
 Şotlandiya
Nikola Vlaşiç  17' Luka Modriç  62' İvan Perişiç  77'QollarKallum Makreqor  42'
Hampden Park, Qlazqo
Tamaşaçı: 9 896[27]
Hakim: Fernando Rappallini Argentina
22 iyun 2021 (2021-06-22) 21:00 (20:00 UTC+1)
Çexiya  0-1
Hesabat
 İngiltərə
QollarRahim Sterlinq  12'
Uembli stadionu, London
Tamaşaçı: 19 104[28]
Hakim: Artur Soares Diaz Portuqaliya

E qrupu

Əsas məqalə UEFA Avro 2020 E qrupu

KomandaOQHUQTQQQFXalTəsnifat
1  İsveç321042+27BirbaşaPley-offa vəsiqə qazanır
2  İspaniya (H)312061+55
3  Slovakiya310227−53Pley-offa vəsiqə qazana bilər
4  Polşa301246−21
14 iyun 2021 (2021-06-14) 18:00 (19:00 UTC+3)
Polşa  1-2
Hesabat
 Slovakiya
Linetti  46'QollarVoyçex Şesni  18' (a.q) Milan Şkrinyar  69'
Yeni Zenit Stadionu, Sankt-Peterburq
Tamaşaçı: 12862[29]
Hakim: Ovidiu Hațegan (Rumıniya)
14 iyun 2021 (2021-06-14) 21:00
İspaniya  0-0
Hesabat
 İsveç
La Cartuja, Sevilya

18 iyun 2021 (2021-06-18) 15:00 (16:00 UTC+3)
İsveç  1-0
Hesabat
 Slovakiya
Emil Forsberq  (pen.)' (77)Qollar
Yeni Zenit Stadionu, Sankt-Peterburq
Tamaşaçı: 11 525[30]
Hakim: Daniel Siebert Almaniya
19 iyun 2021 (2021-06-19) 21:00
İspaniya  1-1
Hesabat
 Polşa
Morata  25'QollarLevandovski  54'
La Cartuja, Sevilya
Tamaşaçı: 11 732[31]
Hakim: Daniele Orsato

23 iyun 2021 (2021-06-23) 18:00
Slovakiya  0-5
Hesabat
 İspaniya
QollarDubravka  30' (a.q) Laporte  45+3' Sarabiya  56' Fernando Torres  67' Yuray Kuçka  71' (a.q)
La Cartuja, Sevilya
Tamaşaçı: 11 204[32]
Hakim: Björen Kyupers Niderland
23 iyun 2021 (2021-06-23) 18:00 (19:00 UTC+3)
İsveç  3-2
Hesabat
 Polşa
Emil Forsberq  2' (59) Klaesson  90+4'QollarRobert Levandovski  61' (84)
Yeni Zenit Stadionu, Sankt Peterburq
Tamaşaçı: 14 252[33]
Hakim: Maykl Oliver İngiltərə

F qrupu

Əsas məqalə UEFA Avro 2020 F qrupu

KomandaOQHUQTQQQFXalTəsnifat
1  Fransa312043+15Birbaşa Pley-offa vəsiqə qazanır
2  Almaniya (H)311165+14
3  Portuqaliya311176+14Pley-offa vəsiqə qazana bilər
4  Macarıstan (H)302136−32
15 iyun 2021 (2021-06-15) 18:00
Macarıstan  0-3
Hesabat
 Portuqaliya
QollarRafael Gerreyro  84' Kriştiano Ronaldo  87' (pen.)90+2'
Puşkaş Arena, Budapeşt
Tamaşaçı: 55 562[34]
Hakim: Cüneyt Çakır (Türkiyə)
15 iyun 2021 (2021-06-15) 21:00
Fransa  1-0
Hesabat
 Almaniya
Mats Hummels  20' (a.q)Qollar
Allianz Arena, Münhen
Tamaşaçı: 13 000[35]
Hakim: Karlos del Kerro Grande (İspaniya)

19 iyun 2021 (2021-06-19) 15:00
Macarıstan  1-1
Hesabat
 Fransa
Atilla Fiola  45+2'QollarAntuan Qrizman  67'
Puşkaş Arena, Budapeşt
Tamaşaçı: 55 998[36]
Hakim: Maykl Oliver İngiltərə
19 iyun 2021 (2021-06-19) 18:00
Portuqaliya  2-4
Hesabat
 Almaniya
Kriştiano Ronaldo  15' Jota  67'QollarDias (a.q)  35' Rafael Gerreyro (a.q) 39 Kay Haverts 51 Robin Qosens  60'
Allianz Arena, Münhen
Tamaşaçı: 12 926 [37]
Hakim: Entoni Teylor İngiltərə

23 iyun 2021 (2021-06-23) 21:00
Portuqaliya  2-2
Hesabat
 Fransa
Ronaldo  (pen.)' (31)(pen.)' (60)QollarBenzema  45+2' ((pen.))47'
Puşkaş Arena, Budapeşt
Tamaşaçı: 54 886[38]
Hakim: Antonio Mateu Latoz İspaniya
23 iyun 2021 (2021-06-23) 21:00
Almaniya  2-2
Hesabat
 Macarıstan
Havetz  66' Qoretzka  84'QollarAdam Szalai  11' Andras Şafher  68'
Allianz Arena, Münhen
Tamaşaçı: 12 413[39]
Hakim: Sergey Karasev Rusiya

Üçuncu yerlərin nəticəsi

QrKomandaOQHUQTQQQFXalTəsnifat
1F  Portuqaliya311176+14Pley offa vəsiqə qazanır
2D  Çexiya311132+14
3A   İsveçrə311145−14
4C  Ukrayna310245−13
5B  Finlandiya310213−23
6E  Slovakiya310227−53

Pley-off mərhələsi

1/8 final oyunları1/4 final oyunlarıYarımfinal oyunlarıFinal
              
27 iyun 2021 — Sevilya      
 Belçika1
2 iyul 2021 — Münhen
 Portuqaliya0 
 Belçika1
26 iyun 2021 — London
   İtaliya2 
 İtaliya2
6 iyul 2021 — London
 Avstriya1 
 İtaliya1 (4)
28 iyun 2021 — Buxarest
 İspaniya1 (3) 
   Fransa3 (4)
2 iyul 2021 — Sankt-Peterburq
  İsveçrə3 (5) 
  İsveçrə1 (1)
28 iyun 2021 — Qlazqo
   İspaniya1 (3) 
 Xorvatiya3
11 iyul 2021 — London
 İspaniya5 
 İtaliya1 (3)
29 iyun 2021 — Qlazqo
   İngiltərə1 (2)
 İsveç1
3 iyul 2021 — Roma
 Ukrayna2 
 Ukrayna0
29 iyun 2021 — London
   İngiltərə4 
 İngiltərə2
7 iyul 2021 — London
 Almaniya0 
 İngiltərə1 (1)
27 iyun 2021 — Budapeşt
   Danimarka1 
 Niderland0
3 iyul 2021 — Bakı
 Çexiya2 
 Çexiya1
26 iyun 2021 — Amsterdam
   Danimarka2 
 Uels0
 Danimarka4 


1/4 final oyunları

Statistika

Marketinq

Mükafat fondu

Turnirin mükafat fondu, 2018-ci ilin fevral ayında təsdiqlənib. Hər bir komanda iştiraka görə 3.25 milyon avro mükafat almalıdır. Digər mükafatlar, oyun nəticələri və mərhələ keçməyə görə verilən mükafatlar ilə birlikdə bir komandanın ən çox qazana biləcəyi mükafat 34 milyon avrodur[40].

MərhələMükafatKomanda sayı
Final mərhələsi9.25 milyon avro24
Qrup mərhələsiQələbə üçun 1.5 milyon avro Bərabərlik üçun 750 min avro24
8/1 final€2m16
4/1 final€3.25m8
Yarımfinal€5m4
İkinci yer€7m1
Qalib€10m1

Sponsorlar

Bilet

Simvol və Atributlar

Rekordlar və maraqlı faktlar

Milli komandalar

  • Avro 2020 ən çox avtoqolun qeydə alındığı Avropa çempionatıdır. Belə ki, indiyədək oyunçular 10 dəfə topu öz qapılarına göndəriblər ki, bu da XXI əsrdə keçirilən çempionatlardakı avtoqol sayından çoxdur.
  • Danimarka millisi qrup mərhələsinin ilk 2 turunda məğlub olsa da, son turda Rusiyaya (4:1) qalib gəlib. Beləliklə, komanda 3 xalla növbəti mərhələyə adlayıb. Bununla da Danimarka yığması Avropa çempionatları tarixində ilk iki turda məğlub olub, daha sonra 1/8 finala vəsiqə qazanan ilk komanda olub[53]. Danimarka millisi, həmçinin, Avropa çempionatları tarixində ardıcıl 2 oyunda 4 qol vuran ilk komanda olmuşdur (Rusiya ilə 4:1, Uels ilə 4:0)[54].
  • İspaniya millisi, İsveç millisi ilə baş tutan qarşılaşmada 75 faiz topa sahib olub. Bu isə Avropa çempionatları tarixində rekord hesab edilir[55]

Oyunçular

  • Avropa çempionatları tarixində ilk dəfə açılış oyununda hesab avtoqolla açılıb. Belə ki, Merih Demiral İtaliya millisi ilə görüşdə topu öz qapısına göndərib.
  • Avropa çempionatının finalında İngiltərə millisinin futbolçusu Lyuk Şounun 1-ci dəqiqə 57-ci saniyədə vurduğu qol Avropa çempionatları tarixinin ən erkən qolu kimi tarixə düşüb[56]
  • Polşa-Slovakiya oyununda, Polşa milli komandasının qapıçısı Voyçex Şesni Avropa çempionatları tarixində ilk qapıçı avtoqolunun müəllifi olur[57].
  • Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda İspaniya ilə Polşa oyununda meydana daxil olan Polşa millisinin futbolçusu Katsper Kozlovski, turnir tarixində meydana çıxmış ən gənc oyunçu olur. 17 yaş 246 günlüyündə olan yarımmüdafiəçi Avropa çempionatları tarixində ən gənc oyunçu olub[58][59].

İstinadlar