İbrahim Rüstəmli

İbrahim Mirzağa oğlu RüstəmliAzərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

İbrahim Rüstəmli
Rüstəmli İbrahim Mirzağa oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriZərdab rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeriXocavənd rayonu, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriZərdab rayonu
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıMirzağa Rüstəmli
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı

Həyatı

Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Ailəli idi, bir övladı var.

Hərbi xidməti

Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb.Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib. Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına kömək edərkən qəhrəmancasına şəhid olub. Zərdab rayon Şahhüseynli kənd qəbristanlığında dəfn edilib.

Təltifləri

İstinadlar

Xarici keçidlər

Şəhid İbrahim Rüstəmli