Xocavənd

Azərbaycanda şəhər

XocavəndAzərbaycan Respublikasının Xocavənd rayonunun Xocavənd şəhər inzibati ərazi dairəsində şəhər[2] , Xocavənd rayonunun mərkəzidir[3].

Şəhər
Xocavənd
39°47′43″ şm. e. 47°06′47″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü390 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.800 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Xocavənd xəritədə
Xocavənd
Xocavənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xocavənd 1823-cü il Qarabağ kameral dəftərlərində

Toponimikası

Qədim adı Xocavənd olub.

XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanmışdır. Ba YIII əsrə aid Bizans mənbəsində "Hun ölkəsi" kimidir. Bizans tarixiçisi Feodan yazır ki, 624-cü ildə imperator İranla Xəzərlərlə ittifaqa girmək üçün onlarla Albaniyada hun ölkəsində görüşdü. Hun etnonimindən və qədim dillərində "şin" sözündən ibarətdir. Bu ərazi maldar ellər üçün qışlaq və əkin (məzrə) yerləri idi. "Xunaşi" adı isə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış hunların adından və qədim türk dillərində "şin" "yaşayış yeri", "məskən" sözündəndir. XIX əsrdə Gəncə qəzasının tədqiqatçısı N. A. Abelov yazır ki, maldar elin məntəqələri (yurd, oba, binə, qışlaq) oturaq məskəndən yaranan Şenlik adlanır (Elzavetopolskiy uezd, s. K). L. Z. Budaqov yazır ki, sözü türkcə "naselennıy" mənasındadır. Bu söz erməni dilinə keçərək "şen" formasını kəsb etmişdir. 624-cü ildə Bizans çarı İrakli Albaniyada (Qarabağda) "Hun ölkəsi" adlı yerdə Xəzərlərin (sonra kəbirlilərin) başçısı ilə görüşmüşdür. Gürcüstanda Xunev, Xuniya, Xunezazur adlarında "xun" etnonimi ilə eynidir. Ptolemey (II əsr) də bu tayfanın adını Xun kimi çəkmişdir.[4]

1925-ci ilə qədər adı Xonaşen olmuşdur.[5]

1925-ci ildə erməni əsilli sovet partiya xadimi Aleksandr Myasnikovun təxəllüsü ilə Martuni, 1991-ci ildən isə tarixi adı bərpa edilərək Xocavənd kimi rəsmiləşdirilmişdir.

Xocavənd "xocalı nəsli" deməkdir (-vənd farsca bir sözdür və -zadə, -pur şəkilçiləri kimi nəsil, tayfa, və soy adlarında istifadə edilir).[6]

Tarixi

2 oktyabr 1992-ci ildən[3] 10 noyabr 2020-ci ilə kimi[7][8][9][10] Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd şəhəri Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir[7][8][9][10]. Sentyabr ayı anti-terror əməliyyatlarından sonra 26 sentyabr 2023-cü ildən şəhərə Azərbaycan silahlı qüvvələri nəzarət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Tarixi abidələri

Xocavənd şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar №Abidənin adıTarixiYerləşdiyi ünvanNövüƏhəmiyyət dərəcəsi
1116Nərgiztəpə yaşayış yeri[11]İlk və Orta Tunc dövrüXocavənd şəhərindən şərqdəArxeolojiÖlkə

Coğrafiyası və iqlimi

Əhalisi

İlDaimi əhaliKişilərQadınlar
1999[12]XXXXXXXXXXXX
2009[13]↗XXXX↗XXXX↗XXXX
Xocavənd şəhəri əhalisinin milli tərkibi
Etnik qrupSayı, 1970 sa.[14]Nisbəti, 1970 sa.[14]Sayı, 1979 sa.[15]Nisbəti, 1979 sa.[15]
toplam4 654100 %5 497100 %
erməni3 12067 %3 58865.3 %
azərbaycanlı1 48231.8 %1 86233.9 %
rus440.9 %410.7 %
ukraynalı30.1 %10.0 %
digər50.2 %50.1 %

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax