İkinci aliya

İkinci aliya (ivr.העלייה השנייה‏‎, HaAliyah HaShniya) — 1904–1914-cü illər arasında baş verən aliya. Bu dövrdə əksəriyyəti Rusiya imperiyasından, bəziləri də Yəməndənolan təxminən 35,000 yəhudi Osmanlının idarə etdiyi Fələstinə köçmüşdü.[1]

İkinci aliya 1870-ci illərdən 1920-ci illərə qədər davam edən yəhudilərin Şərqi Avropadan daha böyük köçünün kiçik bir hissəsi idi. Bu müddət ərzində iki milyondan çox yəhudi Şərqi Avropadan köç etmişdi. Bu immiqrantların bir çoxu ABŞ-də məskunlaşmışdılar, çünki burada böyük iqtisadi imkanlar var idi. Digərləri Cənubi Amerika, AvstraliyaCənubi Afrikada məskunlaşmışdılar və mühacirət edən yəhudilərin yalnız kiçik bir hissəsi Fələstinə getmişdi.[2]

Şərqi Avropadan bu kütləvi mühacirətin bir çox səbəbi var və ən çox danışılanlar Rusiyada artan antisemitizmdir. Bu antisemitizmin təzahürləri müxtəlif poqromlar və 1905-ci il Rusiya inqilabı ilə müşayiət olunan talanlar idi. Miqrasiya üçün digər mühüm amil iqtisadi çətinliklər idi. Şərqi Avropadakı yəhudi əhalisinin əksəriyyəti yoxsul idi və daha yaxşı həyat axtarışında ölkəni tərk etmişdi.[3]

İstinadlar