İvrit dili

sami dillərindən biri, İsrailin rəsmi dili

İvrit dili,[2] həmçinin ibri dili[3] və ya ibrani dili[4][5] (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit]  ( dinlə) və ya [ʕivˈrit]  ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.[2]

İvrit dili
Orijinal adıעברית
עברית חדשה‎
Ölkə
Danışanların ümumi sayı
  • 9.303.950 nəf. (2019)[1]
Təsnifatı
afroasiya dilləri[d]
sami dilləri
qərbi sami dilləri[d]
mərkəzi sami dilləri[d]
şimal-qərbi sami dilləri[d]
Kənan dilləri
ivrit dili
Yazıİvrit əlifbası
Dil kodları
QOST 7.75–97ивр 198
ISO 639-1he
ISO 639-2heb
ISO 639-3heb
Dilin strukturlarının dünya atlasıheb
Ethnologueheb
Linguasphere12-AAB-a
ABS ASCL4204
IETFhe
Glottologhebr1246
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İvrit əlifbası

Əlifba haqqında

İvrit əlifbasında 22 hərf mövcuddur. Əlifba bütünlüklə samitlərdən ibarətdir. Saitlər, bir qayda olaraq yazılmır, yalnız istisna hallarda, məsələn:-sözün əvvəlində və ya sonunda;-alınma sözlərin yazılışında;-sözün oxşar yazılan başqa sözlə səhv salınmaması üçün saitlər yazılır. Bunun üçün alef (א), yod (י), hey (ה), vav (ו), ayin (ע) hərflərindən istifadə olunur. Yazı zamanı hərflər sağdan sola düzülür.

İstinadlar