İnfanta İzabella

İnfanta İzabella (isp. María Isabel Francisca de Asís Cristina Francisca de Paula Dominga) (20 dekabr 1851[1][2], Madrid22 aprel 1931, Paris) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası.

İnfanta İzabella
Şəxsi məlumatlar
Doğum tarixi20 dekabr 1851(1851-12-20)[1][2]
Doğum yeri
Vəfat tarixi22 aprel 1931(1931-04-22) (79 yaşında)
Vəfat yeri
SülaləBurbonlar
AtasıFransisko Asis Burbon
AnasıII İzabella

TəltifləriGrand Cross of the Civil Order of Beneficence Dame of the Order of Queen Maria Luisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

13 may 1868-ci ildə İki Siciliya kralı II Ferdinandın oğlu Siciliyalı Getano ilə evləndi ancaq əri nikahdan 3 il sonra intihar etdi. Həm qardaşı XII Alfonso, həm də onun oğlu XIII Alfonsonun ilk illərində kral sarayında nüfuz sahibi olan İzabella qardaşı oğlunun devrilməsindən və İspaniyada respublika elan edilməsindən sonra inqilabçıların qalma təklifini qəbul etmədi və Fransaya sürgünə getdi. Ancaq Parisə gəldikdən bir neçə gün sonra vəfat etdi.

Mənbə

  • Navarrete Martínez, Esperanza. "María de la O Isabel de Borbón". Diccionario biográfico España (in Spanish). Real Academia de la Historia
  • Chisholm, Hugh, ed. (1911). "Francis I. of the Two Sicilies" . Encyclopædia Britannica. 10 (11th ed.). Cambridge University Press
  • Ortúzar Castañer, Trinidad. "María Cristina de Borbón dos Sicilias". Diccionario biográfico España (in Spanish). Real Academia de la Historia

İstinadlar