İrina Skobseva

İrina Konstantinovna Skobseva (rus. Ирина Константиновна Скобцева) — SovetRusiya teatr və kino aktrisası, RSFSR xalq artisti (1974).

İrina Skobseva
rus. Ирина Скобцева
İrina Skobseva 1966-cı ildə
İrina Skobseva 1966-cı ildə
Doğum adıİrina Konstantinovna Skobseva
Doğum tarixi (96 yaş)
Doğum yeriTula, SSRİ
Vəfat tarixi20 oktyabr 2020(2020-10-20)[1] (93 yaşında)
Vəfat yeri
Dəfn yeri
VətəndaşlığıSSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşıSergey Bondarçuk
UşaqlarıYelena Bondarçuk
Fyodor Bondarçuk
AtasıKonstantin Alekseyeviç
AnasıYuliya Nikolayevna
Fəaliyyətiaktrisa
Fəaliyyət illəri1955-bugünədək
Təhsili
  • Moskva Bədaye Teatrı tərkibində Bədaye Teatrı Məktəbi[d] (–1955)
İstiqamətteatr
kino
Mükafatları"RSFSR əməkdar artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı
IMDbID0804509
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İrina Konstantinovna Skobseva 22 avqust 1927-ci ildə Tula şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin sənətşünaslıq fakültəsinə daxil olmuşdur. Moskva Dövlət Universitetində təhsil aldığı illərdə tələbə teatrında müxtəlif rollar oynamışdır. Universiteti bitirdikdən sonra "MXAT" məktəb-studiyasına daxil olur və A.M. Qarayevin kursunda təhsil alır.

İrina Skobsevanın kinoda debütü 1955-ci ildə Sergey Yutkeviçin çəkdiyi məşhur "Otello" filmindəki Dezdemona obrazı olur. Bu ilk dəfə kinoya çəkilən bir aktrisa üçün çox uğurlu başlanğıc idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır[2]. 1957-ci ildə İrina Skobseva Kinoaktyor teatr-studiyasının aktrisası olmuşdur.

İrina Skobseva öz gələcək həyat yoldaşı Sergey Bondarçukla hələ tələbə ikən məktəb studiyasında tanış olmuşdu. Daha sonra onların hər ikisi "Otello" filmində baş rollara çəkilirlər. 1959-cu ildə isə Sergey Bondarçuk və İrina Skobseva ailə həyatı qururlar.

1971-ci ildən başlayaraq İrina Konstantinovna ÜDKİ-də Sergey Bondarçukun yaradıcılıq emalatxanasında aktyor sənətindən dərs deyir. İrina Skobseva 1965-ci ildə RSFSR-in əməkdar, 1974-cü ildə isə xalq artisti adına layiq görülmüşdür.

20 oktyabr 2020-ci ildə Moskvada vəfat etmişdir.

Ailəsi

  • Həyat yoldaşı — Sergey Bondarçuk, aktyor və kinorejissor.
  • Qızı — Yelena Bondarçuk (1962—2009), teatr və kino aktrisası.
  • Oğlu — Fyodor Bondarçuk, kinorejissor və aktyor.
  • Nəvəsi — Konstantin Krükov, aktyor.
  • Nəticəsi — Yuliya (2007)
  • Nəvəsi — Sergey Bondarçuk (1991)
  • Nəvəsi — Varvara Bondarçuk (1999)
  • Nəticəsi — Marqarita (2012)
  • Nəticəsi — Vera (2014)

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1955Otellorus. ОтеллоDezdemona
1956İvan Frankorus. Иван ФранкоLüdovika Şankeviç
1956Adi insanrus. Обыкновенный человекKira
1957Təkrarolunmaz baharrus. Неповторимая веснаKlavdiya Novojilova
1957Döyüşrus. ПоединокAleksandra Petrovna Nikolayeva
1958Əsgərlər keçdi...rus. Шли солдаты…restorandakı qadın
1959Annuşkarus. АннушкаAnnuşka
1959Bəyaz gecələrrus. Белые ночиhersoginya
1959Şəfəqi qarşılayarkənrus. Заре навстречуSofiya Aleksandrovna Saviç
1960Seryojarus. СерёжаMaryana
1961Dəlilərin məhkəməsirus. Суд сумасшедшихSuzi Hagger
1963Fövqəladə komissiyanın əməkdaşırus. Сотрудник ЧКTverskaya
1963Mən Moskvanı gəzirəmrus. Я шагаю по МосквеNadya
1965Otuz üçrus. Тридцать триVera Sergeyevna
1967Hərb və sülhrus. Война и мирElen Kuragina
1968Uğur ziqzaqırus. Зигзаг удачиLidiya Sergeyevna
1970Vaterloorus. Ватерлоо
it. Waterloo
Mariya
1971Aralıq həyətdəki adamukr. Людина в прохідному дворіKlavdiya Nikolayevna Yuşkova
1972Əlli əlliyərus. Пятьдесят на пятьдесятBarbara Kids
1972Qırmızı daş yaxınlığında gizli yerukr. Хованка біля червоного камінняAnna Blou
1973Doktor İvensin sükuturus. Молчание доктора ИвенсаEvelin
1973Tamamilə itkinrus. Совсем пропащийdul qadın
1973Mülki geyimli adamrus. Человек в штатскомİzolda
1974Məqsəd seçimirus. Выбор целиMarina Dmitriyevna Kurçatova
1974Dünyəvi sevgirus. Любовь земнаяLiza
1974Bu uca dağlarrus. Такие высокие горыLiza Pimenova
1975İki skripka üçün konsertrus. Концерт для двух скрипокKira Viktorovna
1975Onlar vətən uğrunda döyüşürdülərrus. Они сражались за Родинуtibb bacısı
1977Çölrus. Степьqrafinya Draniskaya
1978Kurort mövsümürus. Бархатный сезонmissis Bredveri
1978Gənclik bizimlədirrus. Молодость с намиSerafima Antonovna Şuvalova
1978Sergi Atarus. Отец Сергийbaronessa
1980Mənim atam idealistdirrus. Мой папа — идеалистBorisin anası
1980Ovodrus. ОводQledis Berton
1981Əziz moskvalılarrus. Дорогие мои москвичи“Moskvalı qız” teleklubunun aparıcısı
1982Qırmızı zənglər. Film 2. “Mən yeni dünyanın yaranışını gördüm”rus. Красные колокола. Фильм 2. «Я видел рождение нового мира»qrafinya Panina
1982Gözəl yaşamağı qadağan etmək olmazrus. Красиво жить не запретишьAnna Pavlovna
1983Meri Poppins, görüşənədəkrus. Мэри Поппинс, до свиданияmissis Keti Lark
1983Sən mənim fərəhim, əzabkarımsanrus. Ты мой восторг, мое мученьеİrina Tarnopolskaya
1984Zaman və Konvey ailəsirus. Время и семья КонвейMeyc
1986Boris Qodunovrus. Борис Годунов
çex. Boris Godunov
pol. Borys Godunow
meyxana sahibəsi
1986Üz-üzərus. Лицом к лицуSofi Kler
1987Bir dəfə yalan danışan...rus. Единожды солгав…Anna İvanovna
1987Müəmmalı varisrus. Загадочный наследникPolina Andreyevna Batistova
1988Payız, Çertanovo...rus. Осень, Чертаново...İrinanın anası
1990Məftun olmuş səyyahrus. Очарованный странникqrafinya
1991Yaşıl otağın kabuslarırus. Призраки зелёной комнатыPaulina Frezers
1992Cinlərrus. БесыVarvara Petrovna
1992Sakit Donrus. Тихий Дон
ing. Quiet Flows the Don
it. Il Placido Don
Vasilisa İlyiniçna
1998Balaca döyüşçürus. Маленький боецİrina Sigizmundovna
2000Tanrıların qibtəsirus. Зависть боговSonyanın anası
2000Zorka Venerabelar. Зорка ВенераVasilinin nənəsi
2001Varislərrus. НаследницыQalina
2002Qadın məntiqirus. Женская логикаSvetlana Konstantinovna Bobrova
2003Başqa qadın, başqa kişirus. Другая женщина, другой мужчинаAnna Yuryevna
2003Möcüzəyə vərdiş etməyinrus. Не привыкайте к чудесаOlqanın anası
2003Tövbəli məhəbbətrus. Покаянная любовьMariya Petrovna İrtenyeva
2003Kəhrəba qanadlarrus. Янтарные крыльяana
2004Qadın məntiqi 4rus. Женская логика 4Svetlana Konstantinovna Bobrova
2005Varislər 2rus. Наследницы 2Qalina
2005Sən mənim xoşbəxtliyimsənrus. Счастье ты моеYevgeniya Leonardovna
2005Qara şahzadərus. Черный принцnənə
2006İstirus. Жараmənzil sahibəsi
2006Qadın məntiqi 5rus. Женская логика 5Sveta Bobrova
2006Ailəvi şam yeməyirus. Семейный ужинKseniya Vasilyevna
2006Tutqun instinktrus. Темный инстинктYelena Aleksandrovna
2007Artist qızrus. АртисткаVarvara Fominiçna
2008Tumanbağılarrus. Гашникиqarı
2008Məskunlaşılmış adarus. Обитаемый островMaksimin nənəsi
2010Caz üslubundarus. В стиле JazzSergeyin keçmiş qayınanası
2012Birlikdə xoşbəxtikrus. Счастливы вместеLauranın anası
2012Ağ qvardiyarus. Белая гвардияMariya Fransevna Nay-Turs
2012Qızılrus. ЗолотоTatyana Vlasyevna Bragina
2012Əjdaha sindromurus. Синдром драконаMarqarita Petrovna
2014Qaranlıq otağın sirrirus. Тайна темной комнаты

İstinadlar

Xarici keçidlər