İsa Muğanna

Azərbaycanlı yazıçı, ssenarist. Azərbaycan nəsr tarixinin ən tanınmış nümayəndələrindən biri

İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928[5], Muğanlı, Qazax qəzası1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).

İsa Muğanna
İsa Mustafa oğlu Hüseynov
Doğum adıİsa Hüseynov
TəxəllüsüMuğanna
Doğum tarixi
Doğum yeriMuğanlı, Qazax qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
Vəfat səbəbiXroniki ürək çatışmazlığı[1]
Dəfn yeri
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
UşağıSevinc Muğanna[2][3][4]
TəhsiliAzərbaycan Dövlət Universiteti
Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyətiyazıçı, ssenarist, baş redaktor
Fəaliyyət illəri1949-cu ildən
Mükafatları
"Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 1988 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1976
"İstiqlal" ordeni — 1998 "Şərəf nişanı" ordeni — 1978
Vikimənbənin loqosu İsa Muğanna Vikimənbədə

Həyatı

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[6] baş redaktor (1964–1968)[7], redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Yaradıcılığı

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib[8]. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

Mükafatları

Kitabları

  • Bizim qızlar (pyes), 1953
  • Dan ulduzu (pyes), 1955
  • Hekayələr, 1957
  • Yanar ürək (pyes), 1960.
  • Doğma və yad adamlar (roman), 1962.
  • Teleqram (povest), 1963.
  • Yanar ürək (roman), 1965.
  • Tütək səsi (pyes və hekayələr), 1965.
  • Pyeslər, 1967.
  • Kollu koxa (pyes və hekayələr), 1969.
  • Ömrümdə izlər, 1971.
  • Saz (pyeslər), 1971.
  • Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
  • Yanar ürək, Doğma və yad adamlar, 1979.
  • Məhşər (roman), 1979.
  • İdeal (roman), 1985.
  • Türfə (roman), 2009[11]
  • Qəbiristan (roman), 2013
  • Cəhənnəm (roman), 2013
  • GurÜn (roman), 2013
  • İsahəq-Musahəq (roman), 2013
  • İlan dərəsi (povestlər)

Filmoqrafiya

Müsahibə

  • "Xalq yazıçısı İsa Hüseynov: "80 yaşdan yekun iyi gəlir" - FOTOSESSİYA" (az.). apa.az. 2008-06-11. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
  • Ağa Cəfərli. "İsa Hüseynov "Kulis"ə danışır" (az.). kulis.az. 2012-08-27. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. ""Yoldaş Qorki, məndən yazıçı olacaqmı?"" (az.). kulis.az. 2012-08-28. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. "İsa Hüseynov: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2012-08-30. 2014-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  • Ağa Cəfərli. "İsa Hüseynovun Kulis.az-a müsahibəsi: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 2014-04-01. 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.

Ölümü

Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb.[12] 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir.[13][14] Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.[15][16]

Xatirəsi

31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[17]

İstinadlar

Mənbə

Xarici keçidlər