İslam Abdullayev

İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949).[1]

İslam Abdullayev
Ümumi məlumatlar
Doğum adıİslam Əbdül oğlu Abdullayev
LəqəbiSegah İslam
Doğum tarixidekabr 1876
Doğum yeriŞuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi22 sentyabr 1964(1964-09-22) (87 yaşında)
Vəfat yeriBakı, Azərbaycan SSR, SSRİ
VətəndaşlığıRusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyətixanəndə
Janrmuğam
Musiqi alətidəf
Mükafatları"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1949
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir.[2] İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir.[3]

Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur.

"Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.[4]

İslam Abdullayev eyni zamanda pedoqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdır. Şuşada musiqi məktəbində direktor vəzifəsində işləmiş, Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmişdir. Ömrünün sonuna yaxın Ağdama köçmüş, musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.[5]

İ. Abdullayev 22 sentyabr 1964-cü ildə Bakıda vəfat etmişdir.

Mükafatları

İstinadlar

Ədəbiyyat

  • Hüseynoğlu, Sərvaz. Segah İslam (İslam Abdullayev) (az.). Bakı: "Şərq-Qərb". 2017. 136.

Həmçinin bax