İslam Duquçiyev
İslam Duquçiyev (15 aprel 1966) — 1992-1995-ci illərdə Rusiyanı, 2000-сi ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 4 dəfə Dünya və 2 dəfə Avropa Çempionatlarının qalibi.[1]
İslam Duquçiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | İslam Duquçiyev |
Vətəndaşlığı | ![]() ![]() |
Doğum tarixi | |
Doğum yeri | Altınemel, Qazaxıstan SSR |
Boyu | 170 sm. (5 ft 6 in) |
Çəkisi | 68 kq |
İdman növü | Güləş |
Karyera illəri | 1978—2000 |
Karyerası
İslam Duquçiyev 1984-cü ildə Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu.[2] 1990-cı ildə isə İslam Duquçiyev Polşanın Poznan şəhərində Avropa Çempionatının, İtaliyanın Roma şəhərində isə Dünya Çempionatının qızıl medallarına sahib oldu.[2]
İslam Duquçiyev uğuruna 1991-ci ildə də davam elədi.[2] Bolqarıstanın Varna şəhərində Dünya Çempionatının qalibi olan İslam Duquçiyev 1992-ci ildə Birləşmiş Komanda ilə birgə İspaniyanın Barselona şəhərində baş tutan olimpiada da mübarizə apardı.[2] Finala gedən yolda bütün rəqibləri üzərində qələbələr qazanan İslam Duquçiyev həlledici görüşdə Macarıstan nümayəndəsi Atilla Repaya məğlub oldu və olimpiadanı gümüş medalla başa vurdu.[2]
1993-cü ildə İslam Duquçiyev Almaniya Qran-Prisinin, həmçinin Dünya və Avropa Çempionatlarının qızıl medallarına sahib oldu.[2] 1994-cü ildə Afina şəhərində (Yunanıstan) Avropa Çempionatının bürünc medalına sahib olan İslam Duquçiyev həmin il İsveçdə Dünya Çempionatının qalibi oldu və ardıcıl üçüncü dəfə Dünya çempionu adını qazandı.[2]
1995-ci ildə İslam Duquçiyevin nəticələri zəifləməyə başladı.[2] Avropa Çempionatında çıxış eləməyən İslam Duquçiyev Çexiyada baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu.[2] Bundan sonra İslam Duquçiyev uzun müddət Rusiya yığmasının heyətində Dünya və Avropa Çempionatlarında mübarizə aparmadı.[2] 2000-ci ildə İslam Duquçiyev Azərbaycan bayrağı altında olimpiada da mübarizə aparmaq üçün Dünya Olimpiya Təsnifat Turnirlərində çıxış elədi.[2] Nəticədə İslam Duquçiyev olimpiya lisenziyasına sahib oldu.[2]
İslam Duquçiyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] İslam Duquçiyev qrup mərhələsinin birinci görüşündə İran nümayəndəsi Pərviz Zeydvənd ilə üz-üzə gəldi.[3] Həmin görüşdə İslam Duquçiyev rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı.[3] Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Finlandiya nümayəndəsi Yuna Lappalaynen oldu.[3] Həm Duquçiyev, həm də Lappalaynen birinci görüşlərində qələbə qazanmışdı və bu görüşdə qalib gələn güləşçi növbəti mərhələyə vəsiqə qazanacaqdı.[3] Gəgrin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslam Duquçiyev rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazandı və qrup mərhələsini birinci pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı.[3] Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi Estoniya nümayəndəsi Valeri Nihitin oldu.[3] Həmin görüşdə İslam Duquçiyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı altıncı pillədə başa vurdu.[3]
Nəticələri
![]() | ||||
Gənclərin Avropa Çempionatı | ![]() | |||
Avropa Çempionatı | ![]() | |||
Dünya Çempionatı | ![]() | |||
Dünya Çempionatı | ![]() | |||
![]() | ||||
Olimpiya Oyunları | ![]() | |||
Avropa Çempionatı | ![]() | |||
Almaniya Qran-Prisi | ![]() | |||
Dünya Çempionatı | ![]() | |||
Avropa Çempionatı | ![]() | |||
Dünya Çempionatı | ![]() | |||
Dünya Çempionatı | ![]() | |||
![]() | ||||
Dünya Olimpiya Təsnifat Turniri | ![]() | |||
Dünya Olimpiya Təsnifat Turniri | ![]() | |||
Olimpiya Oyunları | ![]() |