İstifadəçi:Elonizm/İlon Mask

İlon Mask
Elon Musk
Mask Londondakı Royal Society qəbul günündə (2018 iyul)

Mask Londondakı Royal Society qəbul günündə

(2018 iyul)
Digər adıİlon Riv Mask
Doğum tarixi (52 yaş)
Doğum yeriPretoriya, Cənubi Afrika
Vətəndaşlığı

Cənubi Afrika Respublikası CAR (1972-ci ildən)
Kanada Kanada (1989-cu ildən)

ABŞ ABŞ (2002-ci ildən)
Həyat yoldaşları

Castin Mask
(2000-2008)

Talula Riley
(2010-2012, 2013-2016)
Uşaqları

7 (bir uşağı öldü)

Nevada (2002-2002), Qriffin (2004), Xavier (2004), Kai (2006), Sakson (2006), Damian (2006), X Æ A-12 (2020)
PartnyoruQrimes (2018-2021)
AtasıErrol Mask
AnasıMey Mask
Milliyyətiamerikalı, kanadalı, cənubi afrikalı
İxtisasıfizika, mühəndislik, iqtisadiyyat və biznes[1][2][3]
Təhsili

Qvins Universiteti
Pensilvaniya Universiteti

(BA & B.Sc., 1997)
Fəaliyyəti

mühəndis, sahibkar, investor, xeyriyyəçi
SpaceX-in təsisçisi, baş direktoru və baş mühəndisi
Tesla Motors-un baş direktoru və məhsul dizayneri
The Boring CompanyX.com-un (indiki PayPal) təsisçisi
Neuralink, OpenAIZip2-nin həmtəsisçisi

Mask fondunun prezidenti
Fəaliyyət illəri1995-ci ildən bəri
İmza

İlon Mask (doğum adı: İlon Riv Mask, ing. Elon Reeve Musk; {{DVTY}} şablonu boşdur) — Cənubi Afrika Respublikasında doğulmuş, ABŞ-Kanada sahibkarı, mühəndisi, ixtiraçısıinvestoruxeyriyyəçisidir.[4][5][6][7][8] Anadan olduğu CAR-dan başqa, Kanada və ABŞ vətəndaşıdır.[9] Hal-hazırda ABŞ-da yaşayır.[10][11] İlon Mask həmçinin SpaceX-in təsisçisi, icraçı (CEO) və texniki (CTO) direktorudur.[12][13] Tesla Motors-da icraçı direktor (CEO) və məhsul dizayneridir.[14][15] SolarCity-nin sədridir. Mask PayPal, The Boring CompanyZip2 (hazırda mövcud deyil) şirkətlərinin qurucusudur.[16] NeuralinkOpenAI şirkətlərinin isə həmtəsisçisi və ilk ortaq prezidentidir.[17]

Mask 2018-ci ildə Kral Cəmiyyətinin üzvü (FRS) seçildi.[18][19] Həmçinin Forbes jurnalının 2016 dekabrda nəşr etdiyi "Dünyanın Ən Güclü İnsanları" siyahısında 25-ci sırada,[20] 2019-cu ildə nəşr etdiyi "Dünyanın Ən İnnovativ İnsanları" siyahısında isə birinci sırada yer aldı.[21] Maskın xarakteri Con Favreaunun marağına səbəb oldu və 2010-cu ildə çıxarılan Dəmir adam 2 filmində qonaq rol aldı. Həmçinin Con Favreau repertuarında İlon Mask və aktyor Robert Dauni ilə birgə vaxt keçirdiklərini demişdir.[22]

İlon Mask 2021 yanvar ayında Ceff Bezosu keçərək hazırda yaşayan dünyanın və tarixin (ilk dəfə 300 milyard dolları keçən şəxs) ən varlı şəxsi oldu.[23]

Mask CAR-ın Pretoriya şəhərində kanadalı ana və cənubi afrikalı ağdərili atanın uşağı olaraq dünyaya gəldi.[24] Qvins Universitetində təhsil almaq üçün Kanadaya köçməmişdən əvvəl qısa müddətli Pretoriya Universitetində təhsil aldı.[25] İki il sonra Pensilvaniya Universitetinə keçdi və burada iqtisadiyyat üzrə bakalavr dərəcəsi, fizika üzrə isə B.A. və B.Sc. dərəcələri qazandı.[26] Doktrantura dərəcəsinə başlamaq üçün 1995-ci ildə Kaliforniyaya köçdü. Stenford Universitetində tətbiqi fizikamaterialşünaslıq sahələrində yuxarı dərəcə aldı. Amma akademik kariyerasını davam etdirmək əvəzinə iş kariyerasına başlamağa qərar verdi.[27] 1999-cu ildə Compaq tərəfindən $340 milyona alınan Zip2 şirkətini qardaşı Kimbal Mask ilə birlikdə qurdu. Mask daha sonra onlayn bank olan X.com-u (hazırkı PayPal) qurdu. 2000-ci ildə Confinity ilə birləşdi. Şirkət 2002 oktyabr ayında eBay tərəfindən $1,5 milyarda alındı.[28][29]

Mask 2002 may ayında hazırda CEO-su olduğu, aviasiyakosmik uçuş xidmətləri verən SpaceX-i qurdu. Elektrikli avtomobil istehsalçısı Tesla Motors Inc.-ə (hazırkı Tesla, Inc.) qurulmasından bir il sonra - 2004-cü ildə məhsul dizayneri olaraq qatıldı. 2008-ci ildə isə şirkətin CEO-su oldu. 2006-cı ildə günəş enerjisi xidməti verən SolarCity-nin (hazırkı Teslanın alt şirkəti) qurulmasında xalasıoğluna kömək göstərdi. 2015-ci ildə Mask, dost hesab etdiyi süni intellekti təşviq etmək məqsədi daşıyan qeyri-kommersiya tədqiqat şirkəti OpenAI-ni qurdu. 2016-cı ilin iyul ayında beyin-kompüter interfeyslərini təkmilləşdirməyə yönəlmiş neyrotexnologiya şirkəti Neuralink-i qurdu. Mask 2016-cı ilin dekabrında elektrikli avtomobillər üçün optimallaşdırılmış yollara diqqət yetirən "infrastruktur və tunel tikintisi" şirkəti olan The Boring Company-ni qurdu. Mask həmçinin Hyperloop adlı yüksək sürətli nəqliyyat sistemi də dizayn etmişdir.

Mask həmçinin etdiklərinə görə böyük skandallara səbəb olmuş və tənqid obyektinə çevrilmişdir. 2018-ci ildə Coe Roqanın podkastında dediklərinə, çətənə çəkdiyinə, dalğıc komandasının başçısına "pedo-adam" dediyinə, süni intellekt, ictimai nəqliyyatCOVID-19 pandemiyası haqqında dediklərinə və digər etdiklərinə görə böyük miqyaslı tənqidlərə məruz qalmışdır. Mask həmçinin Twitter hesabında paylaşdığı kriptovalyuta tvitlərinə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası tərəfindən məhkəməyə verilmişdir. Buna görə qısa müddət idarəçilikdən uzaqlaşdırılmışdır. Amma SEC ilə razılaşaraq Twitter istifadəsindəki məhdudiyyətləri qəbul etmişdir.

Həyatı

İlk illəri

İlon Mask 28 iyun 1971-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada dünyaya gəlmişdir.[30] Anası Mey Mask (qızlıq soyadı: Haldemen) Kanadanın Saskaçevan şəhərində anadan olub, CAR-da böyümüş model və dietoloqdur.[31][32] Atası Errol Mask isə CAR-da dünyaya gəlmiş elektromexanika mühəndisi, pilot, dənizçi, məsləhətçi və əmlakçıdır.[33] Hazırda video izləmə saytı Passionflix-in CEO-su Kimbal (d. 1972) adında qardaşı və Toska (d. 1974) adında bacısı vardır.[34][32] İlonun bacısı Toska Mask rejissordur. Musk Entertainment-in təsisçisidir. Müxtəlif filmlər istehsal etmişdir. Ana tərəfdən babası Dr. Yoşua Haldemen Birləşmiş Krallıqda anadan olmuş kanadalıdır. Ata tərəfdən nənəsi isə həm ingilis həm də, Pensilvaniya hollandiyalısıdır.[35][36]

Mask anası və atası 1980-ci ildə ayrıldıqdan sonra atası ilə birlikdə qalmağa başladı.[35] Valideynlərinin ayrılmasından iki il sonra Mask anası ilə Kanadaya köçmək əvəzinə, atası ilə yaşamağı seçdiyinə görə peşman olduğu dediklərindən açıq-aydın bilinirdi: "Dəhşətli adamdır... ağlınıza gələn hər pis şeyi etdi!".[mənbə göstərin]Maskın həmçinin ata tərəfdən ögey bacısı və ögey qardaşı var.[37]

İlon erkən yaşlarında proqramlaşdırma öyrənmiş və 12 yaşı olanda özü yazdığı komos mövzulu oyunu (Blastar) 500$-a sataraq ilk proqram satışını etmişdir. Mask Brianston tam orta məktəbində doqquzuncu sinifi bitirdikdən sonra Pretoriya tam orta məktəbinə keçib orada məzun oldu. 1988-ci ildə - hələ 17 yaşında Cənubi Afrika ordusunda əsgərliyə getməmək üçün evdən ayrıldı. O bu haqda belə demişdir: "Hərbi xidmətlə bağlı heç bir problemim yoxdur. Lakin mənə Cənubi Afrika ordusunda xidmət edib qaradərililəri sıxışdırmağa çalışmaq vaxt keçirmək üçün yaxşı bir yol kimi görünmürdü".[38] Mask ABŞ-a köçmək istəyi haqda deyirdi: "Ora möhtəşəm şeylərin gerçəkləşdiyi yerdir".[39]

Təhsili

Maskın məzun olduğu Pretoriya tam orta məktəbi

1992-ci ildə Ontario əyalətinin Kinqston şəhərində yerləşən Qvins Universitetində iki il təhsil aldıqdan sonra Pensilvaniya Universitetində biznes və fizika təhsili almaq üçün Kanadadan ayrıldı. Burada iqtisadiyyat üzrə bakalavr diplomu aldı. Həmçinin fizika sahəsində də diplom almışdır.[40] Daha sonra tətbiqi fizika və materialşünaslıq sahələrində doktrantura təhsili almaq üçün Kaliforniya ştatının Silikon Vadisi ərazisinə köçdü. Amma doktrantura təhsilini yarımçıq qoydu.

Mask bakalavr təhsili və Tomas Edison, Nikola Tesla, Bill Geyts, Stiv Cobs, Volt Disney kimi novatorlardan aldığı ilhamla[41] girmək istədiyi "bəşəriyyətin gələcəyinə ən çox təsir edəcək problemlərdən təşkil olan" üç sahəni müəyyən etdi. Bu sahələr internet, saf enerjikosmos idi.[42]

Karyerası

Mask 1995-ci ildə Stanfordda tətbiqi fizika və materialşünaslıq sahələrində doktrantura təhsilinə başladı. Amma iki gün sonra qardaşı Kimbal Maskla birlikdə yeni təşkilatlar üçün onlayn məzmun nəşri proqramı olan Zip2 layihəsinə başlamaq üçün universiteti tərk etdi.[43] 1999-cu ildə Compaq-ın AltaVista bölməsi Zip2-ni 307 milyon dollar nağd pul və 34 milyon dollar dəyərində səhm qarşılığında aldı.[44]

PayPal

Əsas : PayPal

Mask 1999-cu ilin mart ayında onlayn bank xidməti olan X.com-un həmtəsisçisi oldu. Şirkət sonrakı il 50/50 birləşmə müqaviləsiylə Confinity ilə birləşdi.[45] Birləşən şirkətlər əvvəlcə ad olaraq X.com-u seçdilər. Amma 2001-ci ilin fevralında şrikətin adı PayPal olaraq dəyişdirildi.[46]

PayPal qısa müddətdə irimiqyaslı böyüyərək, Maskın tanınmasına səbəb oldu.[47] PayPal 2002-ci ilin oktyabrında eBay tərəfindən 1,5 milyard dollarlıq səhm qarşılığında alındı.[48] Satışdan əvvəl şirkətin ən böyük səhmdarı olan Mask PayPalın 11,7%-lik hissəsinə sahib idi.[49]

SpaceX

Əsas : SpaceX
Mask keçmiş ABŞ prezidenti Barak Obama ilə birlikdə Falcon 9 uçuş bazasında, 2010

Mask üçüncü şirkəti olan Space Exploration Technologies-i (SpaceX) 2002-ci ilin iyununda təsis etdi.[50] Hal-hazırda şirkətin icraçı (CEO) və texniki (CTO) direktorudur. SpaceX kosmosa getmək məqsədi ilə raket istehsal edən şirkətdir. Şirkətin ilk iki uçuş raketi Falcon 1 və Falcon 9-dur. İlk kosmik gəmisi isə Dragon-dur.[51]

SpaceX Falcon 9 raketi və Dragon-un Beynəlxalq Kosmik Stansiyaya 12 uçuşu üçün NASA tərəfindən 23 dekabr 2008-ci ildə 1,6 milyard ABŞ dolları mükafat aldı.

Maskın fikrincə, kosmosun tədqiqi bəşəriyyətin şüurunu qorumaq üçün olmasa da, genişləndirilmək üçün mühüm addımdır.[52] Onun sözlərinə görə, çoxplanetli həyat bəşər övladının sağ qalmasına təhlükə yaradan şeylərə qarşı qoruyucu ola bilər. "Hansısa asteroid və yaxud böyük vulkan bizi məhv edə bilər. Həmçinin diznozavrların heç vaxt görmədiyi risklərlə qarşı-qarşıyayıq: mühəndislik yolu ilə yaradılmış virus, səhvən yaradılmış mikro qara dəlik, qlobal istiləşmə ya da bizi məhv edə biləcək, hələ kəşf edilməmiş texnologiya. İnsan nəsli milyonlarla ildir təkamüldədir, lakin son 60 ildə atom silahları özümüzü məhv etmək üçün potensial yaratdı. Gec-tez həyatımızı mavi-yaşıl topdan kənara çıxarmaq məcburiyyətində qalacağıq ya da tamamilə məhv olacağıq." Maskın məqsədi insanın kosmosa uçuşu üçün lazım olan xərcləri on dəfə azaltmaqdır.[53] SpaceX-i PayPal-ın satışından qazandığı pulun bir hissəsi - 100 milyon dollar sərmayə ilə qurdu. Hal-hazıda da şirkətin CEO-su və CTO-sudur.[54]

Mask SpaceX-in planları haqda danışır, 2019

SpaceX yeddi il ərzində Falcon uçuş raketləri qrupunu və Dragon kosmik gəmisini sıfırdan hazırladı. 2009-cu ilin senyabrında SpaceX-in Falcon 1 raketi özəl şirkət tərəfindən maliyələşdirilmiş və Yerin orbitində peyk yerləşdirən ilk maye yanacaqlı uçuş raketi oldu. NASA Beynəlxalq Kosmik Stasiyaya yük daşımaq üçün özəl şirkətlərin içərisindən SpaceX-i seçdi. Minimum dəyəri 1,6 milyard dollar, maksimum dəyəri 3,1 milyard dollar olan bu müqavilə Beynəlxalq Kosmik Stansiyadan yük gətirmə və yük aparmağın əsas hissəsi oldu. Bu xidmətlərə əlavə olaraq, SpaceX-in məqsədlərinə eyni vaxtda orbital kosmos uçuşlarının xərclərini azaltmaq və etibarlılığı on dəfə artırmaqla ilk dəfə tam təkrar istifadə edilə bilən orbital daşıyıcı aparat yaratmaq daxildir. Qarşıdakı illərdə Mask Beynəlxalq Kosmik Stansiyaya astronavt göndərməyə daha çox diqqət ayıracaqdır. Amma bildirmişdir ki, son hədəfi Marsı kəşf etmək və burada insanın yaşamasını mümkün etməkdir. 2011-ci ildə verdiyi müsahibədə 10-20 il ərzində Marsa insan göndərəcəyinə ümid etdiyini demişdir.[55] 25 may 2012-ci ildə SpaceX-in Dragon gəmisi COTS Demo Uçuşlar Beynəlxalq Kosmik Stansiyasına daxil olmuş və beləliklə SpaceX Beynəlxalq Kosmik Stansiyaya kosmik gəmi göndərən ilk özəl şirkət olaraq tarixə keçmişdir.

Tesla Motors

Əsas : Tesla Motors
Mask Tesla-nın Frimont zavodunda Model S-in qarşısında, 2011

Mask Tesla Motorsin həmtəsisçilərindən biri və məhsul dizayneridir. Maskın elektrikli avtomobillərə olan marağı Tesla-nın təsis edilməsindən çox əvvəl yaranmışdır.

Mask ilk əvvəl şirkətə Martin Eberhardı CEO olaraq işə götürməklə başladı. PayPal-ın satışından qazandığı pulun bir hissəsini isə sərmayə olaraq istifadə etdi və beləcə şirkətin ilk investorlarından biri oldu. 2008-ci ildəki iqtisadi böhrandan sonra məcburi bir çox insan şirkətdəki işlərindən azad edildikdən sonra Mask məcburi olaraq CEO vəzifəsini öz üzərinə götürdü.[56]

Tesla Motors ilk olaraq elektrikli idman avtomobili olan Tesla Roadster-i istehsal etdi və 31 ölkədə təxminən 2500 ədəd satış etdi. Tesla ilk dörd qapılı sedanı olan Model S-i 22 iyun 2012-ci ildə istehsalını tamamladı. Üçüncü məhsulu Model X-i isə 9 fevral 2012-ci ildə elan etdi. Model X-in istehsalına isə 2014-cü ildə başlandı. Tesla öz avtomobillərindən əlavə həmçinin Daimler-ə Smart EV, Mercedes A seriyasıToyota (əsasən RAV4 üçün) üçün isə elektrik mühərrikləri və güc aqreqatları satır. Bundan əlavə, Mask bu iki şirkəti Tesla-ya uzunmüddətli investor kimi gətirməyi bacarıb.

Mask Tesla səhmdarlarının illik iclasında, 2019

Mask xüsusilə, kütləvi bazar müştərilərinə sərfəli elektrikli avtomobillər təqdim etmək strategiyasından cavabdehdir. Onun vizyonu əsasən daha varlı müştəriləri hədəfləyən Tesla Roadster ilə pul qazanıb, sonra bu pulu daha ucuz qiymətli elektrikli avtomobillərin Ar-Ge-sinə yatırmaq idi. Mask Tesla-nın qurulmasından indiyədək əsas qiyməti Roadster-in yarısı qədər olan dörd qapılı ailə avtomobili olan Model S-in dəstəkçisi olmuşdur. Mask həmçinin 30 min dollarlıq kiçik avtomobillərin istehsalının və digər istehsalçılara elektrikli avtomobillərin hazırlanması üçün lazım olan məhsullarının bir hissəsinin hazırlanıb satılmasının tərəfdarıdır. Beləcə digər istehsalçılar məhsulları özləri hazırlamadan uyğun qiymətə elektrikli avtomobillər istehsal edə biləcəklər.[57] Bir çox media nümayəndləri Maskı inkişaf etmiş enerji istehsalı və ötürülməsi sistemləri mövzusundakı inqilabi işlərinə görə Henri Fordla müqayisə etdi.[58]

Məlumatlara görə Mas Tesla-da 32%-lik paya sahibdir. Sahib olduğu səhmlərin dəyəri 29 may 2013-cü il tarixində 12 milyard ABŞ dolları olmuşdur.[59][60]

Mask 2013-cü il may ayında All Things D-ə verdiyi müsahibədə Tesla-nın enerjidoldurma məntəqələrinin əhatə dairəsinin çoxalmasını böyük ölçüdə sürətləndirdiyini demişdir.[61]

SolarCity

Əsas : SolarCity
SolarCity günəş panelləri quran furqonlar, 2009

Mask SolarCity-də ən çox paya sahibdir və həmçinin direktorlar şurasının sədridir. SolarCity ABŞ-da ən böyük günəş enerjisi təmin edən sistemdir. Xalasıoğlu Lindon Riv şirkətin CEO-su və həmtəsisçisidir.[62][63] Mask qlobal istiləşmənin qarşısını almaq məqsədi ilə həm Tesla-ya həm də, SolarCity-ə inevsitisiya etmişdir.[64] Mask 2012-ci ildə SolarCity və Tesla Motors-un evlərin damındakı günəş panellərinin elektrik şəbəkəsinə göstərdiyi təsiri azaltmaq üçün elektrikli avtomobil akkulumyatorları istifadə etmək üzrə iş birliyi etdiyini açıqladı.[65]

Əsas : Neuralink
Mask canlı yayımda Neuralink cihazını nümayiş edir, 2020

Musk 2016-cı ildə insan beynini süni intellektlə inteqrasiya etmək üçün neyrotexnologiya şirkət olan Neuralink-i təsis etdi. Şirkət insanların proqram təminatı ilə birləşməsinə və süni intellektdəki irəliləyişlərlə ayaqlaşmağa kömək etmək üçün insan beyninə implantasiya edilə bilən cihazların yaradılmasına diqqət yetirir.[66][67]

Mask 2020-ci ilin avqustunda canlı yayımda Neuralink cihazlarından birini yaxında iflic, karlıq, korluq və digər qüsurları müalicə edəcək "kəllədəki Fitbit" olaraq nümayiş etdi. Bir çox neyroalim və media bu iddialara öz rəyini bildirdi.[68][69][70] Məsələn, MIT Technology Review bu nümayişi "yüksək spekulyativ" və "neyrelm teatrı" olaraq adlandırdı.[71]

The Boring Company

Mask Boring test tunelinin açılışında; Hautorn, Kaliforniya, 2018

Mask 2016-cı ildə tunellər inşa etmək üçün The Boring Company-ni (qısaca: TBC) təsis etdi. Tənzimləyici orqanlarla danışıqlar 2017-ci ilin yanvarında başladı.[72]

Şirkət 2017-ci il fevralda Los-Ancelesdə yerləşən SpaceX ofislərinin bazalarında 9,1 metr genişliyində, 15 metr uzunluğunda və 4,6 metr dərinliyində "test quyusu" qazmağa başladı. İnşaat üçün icazəyə ehtiyac yox idi. Las-Veqas Konqres binasının altındakı tunel 2020-ci ilin əvvəlində hazır oldu. Yerli orqanlar tunel sisteminin daha çox əraziyə genişlədilməsini təsdiq etdi.

The Boring Company 2018-ci ildə kommersiya satışı və reklam məqsədi ilə 2000 ədəd "alov maşını" satdı. Bu fikrin Maskın seviyi rejissorlardan biri olan Mel Bruksun filmi Spaceballs-dan (1987) ilham aldığı rəsmi olmayan formada deyildi.

Şəxsi həyatı

Mask birinci həyat yoldaşı Castin Uilson ilə tanış olanda ikisi də Ontario Karliça Universitetində tələbə idi. 2000-ci ildə ailə həyatı qurdular. 2008-ci ildə isə ayrıldılar. Birinci oğulları Nevada Aleksandr mask 10 həftəlik ikən ani körpə ölümü sindromundan (SIDS) öldü. Daha sonra in vitro mayalanma yolu ilə beş oğlu oldu: 2004-cü ildə ekiz uşaqlar, ardınca 2006-cı ildə üçlü uşaqlar. 5 oğlunun hamısının qəyyumluğunu öz aralarında paylaşdılar.

Mask 2008-ci ildə ingilis aktrisa Talula Riley ilə münasibətə başladı. Cütlük 2010-cu ildə evləndi. Mask 2012 yanvar ayında Riley ilə dörd illik münasibətinin bitdiyini açıqladı. 2013-cü ildə Mask və Riley yenidən evləndilər. Mask 2014-cü ilin dekabrında Rileydən ikinci boşanmaq ərizəsi verdi. Amma sonradan ərizəni geri çəkdi. Media 2016 mart ayında boşanma prosesinin yenidən başladığını açıqladı. Bu dəfə isə Riley Maskdan boşanmaq üçün ərziə verdi. Boşanma 2016-cı ilin sonunda başa çatdı.

Mask 2016-cı ildə amerikalı aktrisa Amber Hörd ilə münasibətə başladı. Amma bir il sonra ayrıldılar.

7 may 2018-ci ildə Mask və kanadalı musiqiçi Qrimes münasibətə başladıqlarını açıqladılar. 8 yanvar 2020-ci ildə Qrimes ilk uşağa hamilə olduğunu açıqladı. Qrimes 4 may 2020-ci ildə ilk uşağını dünyaya gətirdi.[73][74] Mask uşaqlarına "X Æ A-12" adını verdi.[75] 2021-ci ilin sentyabrında müxətlif səbələrə görə cütlüyün münasibətləri bitdi.

Xeyriyyəçilik

Maskın prezident olduğu Musk Foundation (Mask fondu) təhsil, uşaq sağlamlığı və saf enerji sahələrində xeyriyyəçilik göstərir. Musk həm də bərpa olunan enerjini təşviq edən X Prize Foundation-un qəyyumudur. Digər qeyri-kommersiya təşkilatları olan Space Foundation (Kosmos fondu), National Academies Aeronautics and Space Engineering (Milli Aeronavtika və Kosmik Mühəndislik Akademiyaları), Planetary Society (Planetra cəmiyyət) və Stanford Engineering Advisory Board-da (Stanford Mühəndislik Məsləhət şurası) direktorlar şurasının üzvüdür. Mask həmçinin California Institute of Technology-nin (Kaliforniya Texnologiya İnstitutu) qəyyumlar şurasının üzvüdür.

2010-cu ildə öz fondu vasitəsiylə təbii fəlakətlərin baş verdiyi ərazilərdəki kritik ehtiyacları ödəmək adında günəş enerji sistemlərinə ianə etmək üçün milyon dollarlıq proqram başlatdı. Nümunə olaraq ilk günəş enerji sistemi ianəsi dövlət və federal köməkləri edilməyən Alabamada yerləşən qasırğaya müdaxilə mərkəzinə edildi. SolarCity bu işin Maskın biznes məqsədləri ilə heç bir əlaqəsi olmadığını aydın şəkildə göstərmək üçün Alabama ərazisi ilə əlaqəli indi və gələcəyə aid hər-hansısa planlarının olmadığını açıqladı.[76]

2001-ci ildə Maskın Marsda kiçik bir istixana qurub bitki yetişdirmək üçün "Mars Oazisi" adlı planı var idi.[77][78] Amma insanların kosmosda yaşaya bilməsinin qarşısını alanın raketlərin lazımınca inkişaf etməməsi olduğunu anlayanda bu layihəni dayandırdı. Bu mövzu üzrə raketlər istehsal etmək üçün SpaceX-i qurdu.

Mask 2012-ci ilin aprelində The Giving Pledge-ə (Vermə əhdi) qatıldı və beləcə sərvətinin çoxunu xeyriyyə işlərinə sərf edəcəyinə söz verdi.[79] Mask Varren BaffettBill Geyts sayəsində məşhurlaşan, Artur Blenk və Maykl Moritz də daxil olmaqla, ABŞ-nin ən varlı ailələrindən və fərdlərindən ibarət 12 nəfərlik qrupdan ibarətən olan kampaniyaya üzv olmuşdur.[80]

Avtomovil bloqu Jalopnik-in 16 avqust 2012-ci ildə nəşr etdiyi xəbərə görə, Mask The Oatmeal-dan (komiks saytı) Metyu İnmenin Nikola Teslanın Nyu-York şəhərinin Long Island ərazisində yerləşən laboratoriyasını qoruyub muzeyə çevirmək cəhdini dəstəkləyirdi.[81]

Mask digər yüksək profilli sahibkar olan Mark Zakerberq və immiqrasiya islahatının tərəfdarları tərəfindən yaradılmış ABŞ Siyasi Fəaliyyət komitəsi (PAC) FWD.us-un tərəfdarı idi. Lakin 2013-cü ilin may ayında o, PAC-ın Keyston Boru xətti kimi problemi təbliğ edən reklamlarına etirazını bildirmək məqsədi ilə dəstəyini açıq-aydın geri götürdü. PAC tərəfdarlarının əsas məqsədləri üçün qanunvericilərin tolerantlığını qazanmaq məqsədi ilə siyasi spektrin hər iki tərəfi ilə əlaqəli problemləri dəstəkləmələri adət halını almış vəziyyətdir. Mask və qrupun David Saks kimi bəzi digər başlıca üzvləri təşkilatdan ayrılıb qrupun bu strategiyasını "ictimai dəyərlərə hörmətsizlik edən" hərəkət olaraq qiymətləndirdilər.[82]

İstinadlar

Xarici keçidlər