Şövkət Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964);[1] Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.[2]
Şövkət Səlimova | |
---|---|
Doğum tarixi | 25 dekabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1999 (78 yaşında) |
Vəfat yeri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.
1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.
1999-cu ildə Bakı şəhərində vəfat etmişdir[3].
Ailəsi
Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur[1].
Müharibə illəri
İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı[1]. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur[1].
Elmi-pedaqoji fəaliyəti
1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti[1], tərbiyə üzrə prorektor[1] və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir[1][4].
1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır[3].
Mükafatları
- "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
- "Qırmızı Ulduz" ordeni
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
İstinadlar
Xarici keçidlər
- Azərbaycan tarixində iz qoyan qadınlar — SİYAHI Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine