Şükürbəyli (Cəbrayıl)

Cəbrayıl rayonunda kənd

ŞükürbəyliAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.

Şükürbəyli
39°19′01″ şm. e. 47°08′35″ ş. u.
Ölkə Azərbaycan
RayonCəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü190 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şükürbəyli xəritədə
Şükürbəyli
Şükürbəyli

Tarixi

1993-cü il oktyabr ayının 23-də Ermənistan Respublikası tərəfindən rus hərbi birləşmələrinin köməkliyi işğal olunub. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.[1]

Toponimikası

Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Keçmiş adı Əyrili olmuşdur. Yaşayış məntaqəsi əvvəllər əyrili adlı sahədə salınmış, sonralar yerini dəyişmişdir. Yeni ərazidə kəndin əsasını qoymuş Şükürbəyin adı ilə adlandırılmışdır. Kəndin adı Cavanşir nəslindən olan Şükür bəyin adı ilə bağlıdır. Həmin nəsildən olan şükürbəylilər Füzuli rayonunda da Şükürbəyli kəndinin əsasını qoyublar.[2]

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik idi. Cəbrayıl rayonunun ticarət, gübrə anbarları, tikinti, iaşə, təşkilatları bu kənddə yerləşirdi.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar