Şəlvəçay

ŞəlvəçayAzərbaycan Respublikasının Laçın rayonunun Şəlvə kəndinin ərazisində çay.[1]

Şəlvəçay
Ölkə Azərbaycan
Keçdiyi ərazilərLaçın rayonu, Azərbaycan
MənbəyiMıxtökən silsiləsi
 • Yüksəkliyi2580 m
MənsəbiHəkəri çayı
 • Yüksəkliyi1700 m
Uzunluğu42 km
Hövzəsinin sahəsi582 km²

Haqqında

Şəlvəçay adını ərazisindən axdığı Şəlvə kəndindən almışdır[2].

Bol su ehtiyatlarına malik olan Şəlvə çayı Laçın rayonunun ərazisindən axır. Çay Minkənd çayı ilə birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur[3].

Şəlvəçayın uzunluğu 42 km, hövzəsinin sahəsi 582 km²-dir, çay Mıxtökən silsiləsindən (2580 m hündürlükdən) başlanır. Hocazsu çayı ilə birləşərək Həkəri çayını əmələ gətirir. Axımı əsasən yeraltı (62%), qismən qaryağış sulardan əmələ gəlir. İqlim şəraitindən asılı olaraq çayın suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və yay aylarının əvvəllərində qar suları və yağıntılar çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-may aylarında) çayın illik axımı maksimum həddə çatır. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.[4]. İllik orta su sərfi (Pircahan kəndi yaxınlığında) 9,0 kub.m/saniyə həcmindədir.

Suyu hidrokabonatlı-kalsiumlu olmaqla minerallaşmaya və daimi axara malikdir. Şəlvə çayın suyundan yaxınlığından keçdiyi bütün kəndlərin ərazisində bağ-bostan suvarma işlərində, eləcə də başqa sahələrdə (əsasən su dəyirmanları işlətməkdə) geniş istifadə edilirdi

İstinadlar

Həmçinin bax