Şahin Ağayev

Şahin Azər oğlu Ağayev (13 dekabr 1993, Bakı25 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Şahin Ağayev
Şahin Azər oğlu Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi13 dekabr 1993(1993-12-13)
Doğum yeri
Vəfat tarixi25 oktyabr 2020(2020-10-25) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir.

Hərbi xidməti

2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olmuşdur.

Şahin Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəyə Yasamal hərbi komisarlıq tərəfindən cagrılıb.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qatılıb.

Şahin Ağayev oktyabrın 25-də Qubadlıda şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Təltifləri

İstinadlar