Qubadlı

Azərbaycanda şəhər
Bu məqalə Qubadlı haqqındadır. Rayon üçün Qubadlı rayonu səhifəsinə baxın.


QubadlıAzərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər.[1]

Şəhər
Qubadlı
39°20′38″ şm. e. 46°34′47″ ş. u.
Ölkə Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü477 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.508 nəf. (1989)
Rəqəmsal identifikatorlar
Poçt indeksi3900
Xəritəni göstər/gizlə
Qubadlı xəritədə
Qubadlı
Qubadlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

"Qubadlı" oykonimi kürd mənşəlidir. Qubadlı adında kürd tayfası indi də İranda yaşamaqdadır.[2]

Coğrafiyası

Laçından cənubda, Bazarçayın sağ sahilində, yarpaqlı meşələr arasında yerləşir.[3]

Tarixi

Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur.[4] Sovet dövründə Qubadlı əvvəlcə Azərbaycan SSR-in Zəngilan rayonunun bir hissəsi idi, sonra isə Qubadlı rayonu yaradılmış və onun inzibati mərkəzi təyin edilmişdir. Şəhər 1923-cü ildən 1930-cu ilə qədər Kürdüstan qəzasının tərkibində olmuşdur. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində olmuşdu.[5]

Qubadlıya 1962-ci ildə şəhər tipli qəsəbə,[6] 24 iyul 1990-cı ildə şəhər statusu verilmişdir.[7] Burada asfalt zavodu, quşçuluq fabriki, daş karxanası, üç məktəb, iki xalq kitabxanası, mədəniyyət evi, kinoteatr və xəstəxana yerləşirdi.[6] Qubadlı şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur.[7] Azərbaycan şəhəri İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə azad etmişdir.[8]

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Qubadlıda hamısı tatar (sonradan azərbaycanlı) olmaqla 326 nəfər yaşayırdı.[4] Hər halda, XIX əsrin ikinci yarısında Qacar hakimiyyətinin təqibindən qaçmış və burada yaşayan qohumlarına sığınan kürdlər Qubadlıya axın etmişdir.[9] 1912-ci il "Qafqaz təqvimi"nə görə, Qubadlı əhaliis 672 nəfər idi və bunların əksəriyyəti tatar idi.[10] 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində idi; Gödəklər, MahmudluQayalı kəndlərinin daxil olduğu kənd sovetinin əhalisinin 97,1 faizini azərbaycanlılar təşkil edirdi.[5] 1989-cu il SSRİ siyahıyaalınmasına görə şəhərin əhalisi 5,508 nəfər idi.[11]

Tanınmış şəxsiyyətləri

İstinadlar

Xarici keçidlər