Şikar Aslanov

Aslanov Şikar Davud oğlu (10 iyul 1970, Cəbrayıl rayonu2 iyul 1992, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Şikar Aslanov
Şikar Davud oğlu Aslanov
Şəxsi məlumatlar
Doğum tarixi10 iyul 1970(1970-07-10)
Doğum yeri
Vəfat tarixi2 iyul 1992(1992-07-02) (21 yaşında)
Vəfat yeri
Vəfat səbəbişəhid olub
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Qoşun növüAzərbaycan Respublikasının Daxili Qoşunları
Rütbəsiəsgər
Döyüşlər
TəltifləriAzərbaycanın Milli Qəhrəmanı

Həyatı

Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir.

1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur.

1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.[1]

Subay idi.

Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər