Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası

muxtar respublika


Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası (oset. Цæгат Ирыстоны Автономон Советон Социалистон Респу́бликæ, (Цæгат Ирыстон) və ya Şimali Osetiya MSSR — 1936–1993-cü illərdə mövcud olan, RSFSR-in inzibati-ərazi vahidi. Paytaxt Orjonikidze şəhəridir. SSRİ-də osetinlərin əsas yaşayış yeri olmuşdur. Osetinlərlə yanaşı çox sayda çeçen, inquşrus da bu ərazi də məskunlaşmışdı.

Tarixi dövlət
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası
BayraqGerb
BayraqGerb

PaytaxtVladiqafqaz
Ərazisi
  • 8.000 km²
Əhalisi
  • 634.009 nəf. (1989)[1]

Tarixi

5 dekabr 1936-cı ildə yeni Stalinist konstitusiyanın qəbulu ilə Şimali Osetiya Muxtar Bölgəsi Şimali Qafqaz ərazisindən çıxarılaraq Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına çevrildi.[2]

1944-cü ilin mart ayında çeçenin, inquşbalkarların Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından sürgün edilməsi ilə əlaqədar olaraq, ləğv edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasından, MalqobekAçaluk, Nazran, Psedax, Priqorodnı rayonları, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasından Kurp rayonu, Stavropol diyarından Mozdok rayonları da köçürülərək Şimali Osetiyanın tərkibinə verildi.

9 yanvar 1957-ci ildə, çeçen və inquşların əfvindən sonra Malqobek şəhəri və Kosta-Xetaqurov rayonu bərpa edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına qaytarıldı.

20 iyul 1990-cı ildə Şimali Osetiya MSSR Ali Şurasının üçüncü iclasında Şimali Osetiya SSR-nin Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu dəyişikliklər 24 may 1991-ci ildə RSFSR Xalq Deputatları Konqresi tərəfindən qəbul edildi.

9 noyabr 1993-cü ildə Şimali Osetiya SSR Ali Şurası Şimali Osetiya SSR-in adını dəyişdirən qanun qəbul etdi və bu qərara əsasən respublikanın Şimali Osetiya Respublikası adlandırılmasına qərar verildi.[3] Yeni ad eyni il dekabrın 12-də qəbul edilən Rusiya Federasiyasının Konstitusiyasında əks olundu.

Coğrafiyası

Şimali Osetiya Böyük Qafqazın şimal yamacında və ona bitişik olan meylli düzənliklərdə yerləşir. Sahəsi 8 min km²-dir.

Əhalisi

Şimali Osetiya MSSR-nin müxtəlif onilliklərdəki əhali sayı:

İlƏhali, nəf.Qeydiyyat
1939329 205[4]1939 Sovet Siyahıyaalması
1959450 581[5]1959 Sovet Siyahıyaalması
1970552 581[6]1970 Sovet Siyahıyaalması
1979596 921[7]1979 Sovet Siyahıyaalması
1989634 009[8]1989 Sovet Siyahıyaalması

İnzibati ərazi bölgüsü

17 yanvar 1979-cu ildə respublikaya 1 respublika tabeliyindəki şəhər və 8 rayon daxil idi.

  1. Alagir rayonu — mərkəzi; Alagir şəhəri
  2. Ardon rayonu — mərkəzi; Ardon şəhəri
  3. Diqora rayonu — mərkəzi; Diqora şəhəri
  4. İrafski rayonu — mərkəzi; Çikola kəndi
  5. Kirov rayonu — mərkəzi; Elxot kəndi
  6. Mozdok rayonu — mərkəzi; Mozdok şəhəri
  7. Pravoberejnı rayonu — mərkəzi; Beslan şəhəri
  8. Priqorodnı rayonu — mərkəzi; Oktyabrskoe kəndi

İstinadlar

Xarici keçidlər