Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması

(Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması səhifəsindən istiqamətləndirilmişdir)

Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən[1] Xankəndi istiqamətindən Stinger[2] raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur.[3]

Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması
Mülki Mi-8 helikopterinin ümumi görünüşü
Mülki Mi-8 helikopterinin ümumi görünüşü
Ümumi məlumatlar
Tarix
YerŞuşa rayonu, Azərbaycan
Sərnişin sayı41
Komanda3
Yaralı sayı0
Ölü sayı44
Helikopter
Helikopter modeli"Mİ-8"
Havayolu şirkəti
Qalxma yeriAğdam, Azərbaycan
İstiqamətŞuşa

Hadisədən əvvəl

Əsas məqalə: Qarakənd faciəsi

Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.[3]

Həlak olanların siyahısı

İstinadlar

Ədəbiyyat

  1. Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002. — С. 82. — 183 с. — 1000 экз. — ISBN 5-77 12-0236-3.

Həmçinin bax

Xarici keçidlər