Əbdülbaqi Yəzdi

Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd1514, Çaldıran ilçəsi, Van ili) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı.

Əbdülbaqi Yəzdi
fars. عبدالباقی یزدی
1512 – 1514
MonarxŞah İsmayıl Xətai
ƏvvəlkiNəcmi Sani
SonrakıMirzə Şah Hüseyn
bayraq
Nemətullahiyyə təriqətinin başçısı
? – 1514
ƏvvəlkiNeyməddin Neymətullah
SonrakıMir Əbdülbaqi Yəzdi
Şəxsi məlumatlar
Doğum tarixiXV əsr
Doğum yeri
Vəfat tarixi
Vəfat yeriÇaldıran
Vəfat səbəbidöyüşdə ölüm
AtasıNeyməddin Neymətullah
UşağıMir Əbdülbaqi Yəzdi
Rütbəsigeneral

Həyatı

İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur.[1]

Vəkillik

1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur.

Yaradıcılığı

Baqi təxəllüsü ilə şeirlər yazmışdır.

Ailəsi

Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir. Bu evlilikdən doğulan qızı da daha sonra II İsmayılla evlənmişdi.[2]

İstinadlar