Əbdülqədir Kamil Məhəmməd

Əbdülqədir Kamil Məhəmməd (ərəb. عبد القادر كميل محمد‎; fr. Abdoulkader Kamil Mohamed; 1 iyul 1951, Obok regionu[d]) — 2013-cü ildən etibarən Cibutinin Baş naziri olan cibutili siyasətçi.

Əbdülqədir Kamil Məhəmməd
  • ərəb. عبد القادر كميل محمد
  • fr. Abdoulkader Kamil Mohamed
Cibuti Respublikasının Baş naziri
1 aprel 2013 – h.h
ƏvvəlkiDileyta Məhəmməd Dileyta
Şəxsi məlumatlar
Doğum tarixi (72 yaş)
Doğum yeriObok regionu, Fransa Somalilendi (indiki Cibuti)
Fəaliyyətisiyasətçi
Diniislam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məhəmməd 1951-ci ildə indiki Cibutinin şimalında yerləşən Obok bölgəsindəki Souali şəhərində anadan olub.[1]

Fransanın Limoja Universitetində təhsil alıb, texniki elmlər dərəcəsinə sahibdir, ixtisası isə su təsərrüfatı və ətraf mühitdir.[1]

Fəaliyyəti

Ümumi

Məhəmməd fəaliyyətinə Cibutidə su idarəsində başladı. Orada 1978–1979-cu illərdə müvəqqəti baş direktor, 1983–2005 -ci illərdə isə baş direktor olaraq çalışdı.[1]

1981-ci ildə Məhəmməd Tərəqqi uğrunda Xalq Partiyasına qatıldı. 2012-ci ilin sentyabr ayında TXP-ın vitse-prezidenti seçilənə qədər tədricən siyasi arenada yüksəldi. 2012-ci ilin noyabrında birliyin prezidenti təyin edildi.[1]

2005-ci ilin mayından 2011-ci ilin mayınadək Məhəmməd Cibuti hökumətində Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışıb. 2011-ci ilin may ayında Müdafiə Naziri təyin edildi.[2]

Məhəmməd eyni zamanda Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. UMP-ın parlamentdəki qələbəsindən sonra 22 fevral 2013-cü ildə yenidən vəzifəyə seçilib.[1]

Baş nazir fəaliyyəti

1 mart 2013-cü ildə Məhəmməd Cibutinin Baş naziri təyin edildi. Uzun müddət xidmətdə olan Dileyta Məhəmməd Dileytanın yerinə 1 aprel tarixində vəzifəyə başladı.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər