Əfəndilər (Cəbrayıl)

Cəbrayıl rayonunda kənd

[[Kateqoriya:]]

Əfəndilər
39°25′44″ şm. e. 47°02′49″ ş. u.
Ölkə
RayonCəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü810 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əfəndilər xəritədə
Əfəndilər
Əfəndilər

ƏfəndilərAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Horovlu kənd Sovetindən Əfəndilər kəndi Çərəkən kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2][3]

Tarixi

  Əfəndilər kəndi qədim yurd yerlərimizdən biri olan Cəbrayıl rayonu ərazisində yerləşir. İslam dinini yaymaq üçün Ərəbistandan Türkiyəyə,  Zəngəzurun əvvəl Amasya, sonra Sisyan vilayətlərinə, oradan da Qarabağa gələrək müxtəlif istiqamətlərə yayılan  ilk seyidlər nəslinin məskunlaşdığı  ərazidir.  Kənd 1993-cü ilin avqust ayında Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bir çox yaşayış məntəqələri də daxil olmaqla Əfəndilər kəndini işğaldan azad etdi.

İqtisadiyyatı

  Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı, heyvandarlıq və xalçaçılıq təşkil etmişdir.  "AZƏRTAC" -ın yayımladığı "Cəbrayıl xalçaları" məqaləsində XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər və  başqa kəndlərdə  toxunan xalçaların dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edildiyi qeyd olunmuşdur.

İstinadlar

https://portal.azertag.az/az/node/18555 Cəbrayıl xalçaları

Həmçinin bax