Əfəndilər (Qubadlı)

Qubadlı rayonunda kənd

ƏfəndilərAzərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd.[1]

Əfəndilər
39°19′20″ şm. e. 46°42′29″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əfəndilər xəritədə
Əfəndilər
Əfəndilər

Etimologiyası

Keçmiş adı Kürd Əfəndilər olmuşdur.[2] Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Türkiyədən gəlmiş Məmməd Əfəndi adlı bir nəfər bu kəndin bünövrəsini qoyduğuna görə onun adı ilə adlanmışdır. Etnotoponimdir.[3]

Tarixi

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur.[4] Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[5]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[7]

Coğrafiyası

Əfəndilər kəndi Həkəri çayının sahilində, İncə düzündədir.[3]

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[8]

İstinadlar

Xarici keçidlər