Əli Məmmədov (əsgər)

Əli Abbas oğlu Məmmədov (6 dekabr 1997; Maxta, Şərur rayonu23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Əli Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMaxta, Şərur rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriQubadlı, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıAbbas Məmmədov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2019-2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrut döyüşləri
 • Qubadlının azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Əli Məmmədov 6 dekabr 1997-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra Əli 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olmuş, bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur. O, 2019-cu ildə hərbi xidmətə yollanmış, 2020-ci ildə hərbi müddəti bitən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirmişdir.

Ailəli idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin,Cəbrayılın, HadrutQubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[7]

Təltifləri

İstinadlar