Əli və Nino (Britaniya filmi, 2016)

(Əli və Nino (film, 2015) səhifəsindən istiqamətləndirilmişdir)

Əli və Nino (ing. Ali and Nino) — Qurban Səidin ilk dəfə 1937-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında romantik dram janrında, Kristofer Hemptonun[4] ssenari müəllifliyi, Asif Kapadianın[5] rejissorluğu ilə çəkilən bədii filmdir. Əsas çəkilişləri AzərbaycanTürkiyədə aparılan[6] filmdə baş rolları Mariya Valverde[7] və Adam Bakri [8] canlandırmışdır.

Əli və Nino
Ali and Nino
Janrdram filmi
RejissorAsif Kapadia
ProdüserlərKris Tiker
Leyla Əliyeva[1]
İcraçı prodüserLeyla Əliyeva
Əsərin müəllifləriQurban Səidin Əli və Nino romanı əsasında
Ssenari müəllifiKristofer Hempton
Baş rollardaMariya Valverde
Adam Bakri
Numan Akar
Bəstəkar
  • Dario Marianelli[d]
RəssamlarQuruluşçu rəssam:Karlos Konti
Geyim üzrə rəssam: Mişel Klapton
İstehsalçılarPeaPie Films
IM Global
Celtic Films
DistribütorNetflix
İlk baxış tarixi27 yanvar 2016[2], Sandens Film Festivalı, ABŞ
Müddət104 dəqiqə
Büdcə$20 000 000[3]
ÖlkələrBöyük Britaniya Birləşmiş Krallıq
Azərbaycan Azərbaycan
Dilləringilis dili
rus dili
Azərbaycan dili
İl2015
Rəngrəngli
Çəkiliş yeriBakı, Türkiyə
IMDbID4072326

Məzmunu

Əsas məqalə: Əli və Nino

Müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır.

Rollarda

Filmi səsləndirənlər:

İstehsal

İnkişaf

1998-ci ildə Amsterdamın "Egmond" Film və Televiziya şirkətindən Hans de Veers "Əli və Nino" romanının ekranlaşdırılması üçün Amerika tərəfdaşları axtarmağa başlamışdı. Filmin ingilis dilində çəkilməsi, ssenarinin isə Oskar mükafatlı Azərbaycan yazıçısı Rüstəm İbrahimbəyov tərəfindən yazılması nəzərdə tutulmuşdu. De Veers açıqlamasında "$8 olması nəzərdə tutulmuş büdcənin 30%-nin Niderland və Azərbaycandan əldə edildiyi"ni bildirmişdi.[9]

2004-cü ildə holland şirkəti "Zeppers Film & TV" və "NPS" holland rejissoru Yos de Putterin çəkdiyi "Alias Kurban Said" adlı sənədli filmi təqdim etmişdir. Filmdə əsasən romanın müəllifliyi ilə bağlı məsələlər araşdırılır.[10] "Variety" jurnalında bu film "köhnə fotolar, saralmış sənədlər və video kadrların istifadəsi ilə hazırlanmış möhtəşəm tarixi detektiv"[11] adlandırılır. Filmdə Abraham Nussinbaumun 1913-cü ildə Nobel qardaşlarına satılmış neft quyularının sahibi olduğu sənədlərlə sübuta yetirilir. Film Tribeka Film Festivalı, Rotterdam Beynəlxalq Film Festivalı və 2005-ci il Niderland Film Festivalının rəsmi baxış siyahına salınmışdır. Niderland Film Festivalında film, "Ən Yaxşı Film Musiqisi" nominasiyasında mükafata layiq görülmüşdür.[12]

2007-ci ildə "Əli və Nino" Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilmişdir. 2012-ci ildə teatr tamaşanı Moskva Beynəlxalq Teatr Festivalında göstərmişdir.[13] 2010-cu ildə Gürcüstan rejissoru Giorgi Toradzenin "Əli v Nino" romanının "yaradılması" haqqında sənədli film çəkməyi planlaşdırması haqqında məlumat verilmişdi. Məlumatda bildirilir ki, layih prodüser Giorgi Sturua tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdi.[14]

2012-ci ilin aprelində Paris-Sarbonna Universitetinin Rişelye amfiteatrında roman əsasında hazırlanmış "Əli və Ninonun ayaq izləri" adlı myuzikl təqdim edilmişdir. Layihənin yaradıcı və icraçısı Azərbaycanlı pianist Səidə Zülfüqarova olmuşdur. Onun tamaşa üçün yazdığı musiqidə Azərbaycan və Gürcüstanın xalq musiqilərindən, həmçinin Azər Rzayev, Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Fritz Kreisler və Qara Qarayevin musiqilərindən istifadə olunmuşdur. Tamaşanın rejissoru isə Şarlotta Loriot olmuşdur.[15][16]

Çəkilişlər

Çıxarılması

27-31 yanvar 2016-cı il tarixlərində film 31-ci Sundance Beynəlxalq Film Festivalı çərçivəsində təqdim edilib.[17]

Marketinq

9 aprel 2015-ci ildə filmdən ilk kadr yayımlanmışdır.[18]

Qəbulu

Tənqidçilərin mövqeyi

"theyoungfolks.com"-dan Coş Kabrita qeyd edir ki, "Qeyri-düzgün stimulyasiyası, montaj işi və vizual işi ilə, film "Əli və Nino" kimi temetik potensialı məhv edir. "Əli və Nino" film yox, bir-biri ilə əlaqəsi olmayan səhnələri xatırladır. Belə təəssürat yaranır ki, sanki hansısa film üçün hazırlanmış 90 dəqiqəlik treyleri izləyirsən."[19]

İstinadlar

Mənbə

  • Məhərrəmova, T. "Əli və Nino" ekrana vəsiqə alacaq: [Hollivudda eyni adlı əsərin ekranlaşdırılması haqqında kinoşünas Aydın Kazımzadənin fikirləri] //Kaspi.- 2012.- 12 yanvar.- S.12.

Həmçinin bax

Əli və Nino
Qurban Səid
Əli və Nino (film, 2016)
Azərbaycan filmlərinin siyahısı
Böyük Britaniya filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə (azərbaycan dilində)
“Əli və Nino” təqdim olundu
Gəncədə "Əli və Nino" filminin pulsuz təqdimatı keçirilib
В Вашингтоне прошла презентация фильма "Али и Нино"
Sofiyada “Əli və Nino” filmi nümayiş olunub