Əsəd Əsədli

Əsəd Mahir oğlu Əsədli (17 iyun 1995; Çayqıraq, Masallı, Azərbaycan9 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Əsəd Əsədli
Əsəd Mahir oğlu Əsədli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriÇayqıraq, Masallı, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeriXocavənd, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriII Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "İgidliyə görə" medalı — 2021, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Xocavəndin azad olunmasına görə" medalı — 2020, "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı

Əsəd Əsədli 1995-ci il iyunun 17-də Masallının Çayqıraq kəndində anadan olub. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kovalyov adına 229 saylı tam orta məktəbi bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə daxil olub.[2][3]

Hərbi xidmətləri

Əsəd Əsədli 2016-2018-ci illərdə Naxçıvanda ordu sıralarında xidmət etmiş, hərbi kəşfiyyatçı peşəsinə yiyələnmişdi. Hərbi xidməti keçdiyi müddətdə iki dəfə komandanlıq tərəfindən nümunəvi xidməti qeyd olunmuş, tərifnamə ilə təltif edilmişdi.[4][5]

2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əsəd Əsədli də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Füzuli və Hadrutun azad edilməsində savaşıb. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.[6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Əsədli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[10]

Təltifləri

Haqqında yazılmış şeirlər

  • Tapdıq Əlibəyli. "Bayrağa dönən Əsəd"; "Payız çöhrəısində yazdı 44 gün", 2021-ci il (kitab)

İstinadlar